Geri
LDU yeni əməkdaşlıq müqaviləsi imzalayıb.
Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.Müqavilə hər iki qurum arasında birgə kadr hazırlığının aparılmasına və elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin yaradılmasına xidmət edir.Birgə əməkdaşlıq müqaviləsinə Lənkəran-Astara bölgəsində bitki biomüxtəlifliyinin öyrənilməsi,itmək və məhf olmaq təhlükəsində olan bitki növlərinin aşkar edilməsi, birgə elmi seminarların və elmi-praktik konfransların təşkili,aparılan elmi tədqiqatlara gənc tədqiqatçıların,o cümlədən bakalavriyyat və magistratura səviyyəsində təhsil alanların cəlb edilməsi,onların yerli və beynəlxalq konfranslarda iştiraklarının dəstəklənməsi daxildir.
5 il müddətində qüvvədə olacaq müqaviləni LDU tərəfindən universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov,AMEA-nınGenetik Ehtiyatlar İnstitutu adından direktor ,AMEA-nın müxbir üzvü Zeynal Əkbərov imzalayıblar.