Geri

27/09/19

Lənkəranda möhtəşəm bayraq yürüşü.


9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Lənkəranda bütün təntənəsi qeyd edilib ,milli bayraqlarımızın dalğalandığı küçə və meydanlarda əsil xalq coşqusu, bayram əhval-ruhiyyəsi yaşanıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən bayram mərasimi Azərbaycan Dövlət Himninin canlı ifası ilə start götürüb.

Bayram mitinqini Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları milli bayramımız-9 noyabr Bayraq günü münasibəti ilə təbrik edib.Bayraq gününün milli bayram kimi elliklə qeyd olunmasının gənclərin vətənpərvərlik tərbiyəsində , azərbaycançılıq ideyalarının təbliğində müstəsna rol oynadığını deyən universitet rəsmisi bü günki izdihamdan qurur duyduğunu dilə gətirib.

Mitinqdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 9 noyabr tarixini Azərbaycan xalqının həyatında ən şərəfli gün kimi səciyyələndirib, milli bayrağı hər bir vətəndaşın qurur mənbəyi, fəxr yeri, milli mənliyi adlandırıb, bildirib ki,1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş , 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olan bayrağımız 1990-cı il noyabrın 17-də məhz ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla isə 9 noyabr tarixi Dövlət Bayrağı günü milli bayram kimi geniş qeyd olunur. T.Qaraşov işğal altında olan torpaqlarımızda üçrəngli bayraqlarımızın dalğalanacağı günün-Qələbə gününün uzaqda olmadığını deyib.

Mitinqdən sonra şəhərin mərkəzindən Lənkəranın girəcəyindəki Bayraq Meydanına doğru izdihamlı yürüş keçirilib. Bayram yürüşünə Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyəti, YAP Lənkəran Şəhər Təşkilatının üzvləri , ictimaiyyətin bütün təbəqələrinin təmsilçiləri, bir sözlə, minlərlə iştirakçı qatılıb. Yürüşün keçirildiyi H.Əliyev prospekti boyu Azərbaycan bayraqları dalğalandırılıb, vətənpərvərlik ruhlu şüarlar, mahnı və marşlar səsləndirilib. Yürüş Bayraq meydanında vətənpərvərlik ruhlu ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Esmira İsmayılova-Lənkəran.

Lənkəranda möhtəşəm bayraq yürüşü.


Mənbə:
Paylaş: