Geri
LDU-da yaz imtahan sessiyası davam edir.
Lənkəran Dövlət Universitetində(LDU) 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.İyun ayının 3-dən start götürən imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 5 iyul 2019-cu tarixinədək,qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin tədris qrupları üçün 11 iyul 2019-cu il tarixinədək keçiriləcək.
Yaz imtahan sessiyasında bаkаlаvriat səviyyəsi üzrə 27 ixtisasın 115 akademik qrupunda və magistratura səviyyəsi üzrə 19 ixtisaslaşmanın 16 akademik qrupunda, ümumilikdə, 2500 tələbə -magistrantın biliyi sınağa çəkiləcək.
İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək,yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun sədrliyi ilə Operativ Qərargah yaradılıb.Xatırladaq ki,qərərgahla əlaqə telefonları 25-5-27-86,25-5-24-17 –dir.Həmçinin, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması məqsədi ilə hər iki tədris korpuslarında yaradılmış Apellyasiya Komissiyaları fəaliyyətdədir.İmtahan sessiyası müddətində I və II saylı tədris binalarında 105 №-li otaqlar Apellyasiya Komissiyaları üçün ayrılıb.
Lənkəran Dövlət Universiteti rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov yaz imtahan sessiyasının gedişini əyani izləmək, vəziyyətlə yaxından tanış olmaq məqsədi ilə bu gün hər iki tədris korpusuna baş çəkib .İmtahan zallarında tələbələrə yaradılan şəraitlə əyani tanışlıq zamanı universitet rəsmisi aidiyyatıl şəxslərə tövsiyələrini bildirib, tələbə və magistrantlara imtahan sessiyasında uğurlar arzu edib.
Qeyd edək ki, imtahan nəticələri universitetdə tədris prosesinin idarə edilməsinə tətbiq edilən E-Jurnal sistemi vasitəsilə emal edilir. Tələbələr gündəlik imtahan nəticələrini və davamiyyət (qiymətləndirmə) barədə məlumatları e.lsu.edu.az ünvanından öyrənə bilərlər.