Geri
LDU-da Pilot layihənin icrası ilə bağlı yekun konfrans keçirilib.
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihə”nin icrası ilə bağlı yekun konfrans keçirilib.
Konfransı universitetin rektoru vəziəfəsini icra edən professor Natiq İbrahimov açıb və Respublika Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017-ci il tarixli əmrindən,onun icrası ilə əlaqədar görülən işlərdən söz açıb.Bildirib ki,Pilot layihənin icrası Lənkəran Dövlət Universitetilə layihəyə qatılan Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında sıx elmi-pedaqoji əməkdaşlığın yaranmasına,metodiki və təlim metodlarının təkmilləşdirilməsinə,istedadlı şagirdlərin aşkarlanmasına imkan verib ,birgə fəaliyyət tərəflər üçün səmərəli olub.
Pilot layihənin yekunları barədə konfrans iştirakçılarını layihənin kordinatoru, LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov geniş məlumatlandırıb.Məruzəçi qeyd edib ki,layihənin nəticələri gözlənildiyindən də uğurlu olub.Belə ki, layihənin tədbiqi nəticəsində ali təhsil müəssisəsi ilə umumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlıq mühiti formalaşıb,tədris-metodiki işlərin effektiv qurulması təmin edilib,müəllimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin davamlı inkişafına nail olunub,istedadlı məktəblilərin aşkarlanması və onların respublika fənn olimpiadalarında uğurlu iştiraklarının təmini sahəsində mühüm nailiyyətlər qazanılıb.Pilot layihənin tədbiq edildiyi hər 3 rayon üzrə son iki ildə respublika olimpiadalarına qatılan iştirakçıların sayı dəfələrlə artıb, onların nəticələri əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib.Məktəblərdə universitet müəllimləri tərəfindən ustad dərslərin keçirilməsi,məktəb müəllimlərinin açıq dərslərinin təşkili,kimya , biologiya,fizika, riyaziyyat fənləri üzrə gecələrdə praktik məşğələlərə geniş yer ayrılması səmərəli olub.Pilot layihə çərçivəsində görülmüş işlərin nəticələri barədə kitabın tərtib edilməsi isə imkan verir ki,qazanılan təcrübədən respublikanın digər ali və ümumtəhsil müəssisələri də yararlana bilsinlər.
Məruzə ətrafında keçirilən müzakirələrdə Lənkəran ,Astara,Yardımlı rayonlarının təhsil şöbələrinin rəsmiləri, təhsil işçiləri,layihə iştirakçısı olan universitet müəllimləri çıxış edərək qarşılıqlı fikir mübadiləsi ediblər.Disskussiya şəraitində keçən müzakirə zamanı söylənən təkliflərə,mülahizələrə münasibət plyürealizmi ,fikir müxtəlifliyi ilə diqqət çəksə də, yekunda iştirakçılar birmənalı olaraq Pilot layihəni səmərəli hesab etdiklərini bildirərək, onun davamlı olmasını təhsil nazirliyindən və universitet rəhbərliyindən xahiş ediblər.Öz növbəsində Lerik rayon təhsil şöbəsinin müdiri, bu rayonun təhsil işçiləri də növbəti tədris ilində Pilot layihəyə qoşularaq ondan yararlanmaq niyyətində olduqlarını bildiriblər.
Konfransın işində iştirak edən Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov və nazirliyin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev layihəni uğurla yekunlaşdırdığına görə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimova,universitetin professor müəllim heyətinə, iştirakçı rayonların təhsil işçilərinə minnətdarlıq bildiriblər.Ölkə təhsilində ilk dəfə Cənub regionunda tədbiq edilən Pilot layihənin nəticələrindən razı qalan Aydın Əhmədov onun növbəti illərdə də davam etməsini lazımlı sayıb,müzakirə zamanı konkret təkliflərini irəli sürüb.
Sonda konfrans iştirakçıları adından ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlanıb.