Geri
Elmi şurada imtahan sessiyasının gedişi müzakirə edilib.
Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib.Şura iclasını universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb.İlk müzakirəyə çıxarılan yaz semestrinin imtahan sessiyasının gedişi olub.Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.Məruzəçi bu sahədə vəziyyətin qənaətbəxş olduğunu, bu vaxta qədər hər hansı ciddi problemin yaşanmadığını deyib.İdrak Əsgərov kafedralar üzrə dərs yüklərinin vəziyyəti barədə də məlumat verib,bir neçə ixtisas üzrə müəllimlərə ehtiyac olduğunu şura üzvlərinin nəzərinə çatdırıb.Qarşılıqlı müzakirə zamanı məsələ ilə bağlı təklif və rəylər dinlənilib,yeni müəllimlərin işə cəlb edilməsi qərara alınıb.
Təbiyyat fakültəsinin cari tədris ilinin yekunları barədə hesabatını dekan, dosent Ramiz Şəmmədov təqdim edib.Hesabatda fakültədə cari il ərzində görülmüş bütün işlər barədə ətraflı danışılıb,son imtahan sessiyalarının gedişi zamanı ən yüksək nəticəyə məhz Təbiyyat fakültəsində nail olunduğu ürəkaçan fakt kimi diqqətə çatdırılıb.
Elmi şurada “Azərbaycan müəllimi” qəzetində dərc olunan elana əsasən seçkilərin keçirilməsi məsələsinə də baxılıb.Bu barədə Elmi katib Allahşükür Quliyev məlumat verib.
Şura iclasında cari məsələlər də nəzərdən keçirilib və müvafiq qərarlar qəbul edilib.