Geri

27/09/19

Xoş təəssüratla məzuniyyətə.


Lənkəran Dövlət Universitetində (LDU) son illət yaranmış gözəl ənənələrdən biri də kollektiv gəzintilərin təşkil olunmasıdır.Artıq 3 –cü ildir ki, tədris ilinin yekununda universitetin professor-müəllim-işçi heyəti kollektiv şəkildə gəzintiyə çıxır. Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun təşəbbüsü, LDU Həmkarlar İttifaqı Komitəsinin maddi dəstəyi ilə bu gözəl ənənə bu il də gercəkləşdirilib.

Məkan olaraq bu il Lənkəranın dağətəyi Osakücə kəndindəki turizm istirahət mərkəzi seçilib.Dağların əhatələdiyi,çay və şəlalənin rövnəq verdiyi,yaşıllıqlar qoynunda salınmış bu gözəl məkan kollektiv gəzinti üçün olduqca münasib idi.Bölgənin bütün təbii gözəlliklərini burada seyr etmək mümkün idi.Ümumiyyətlə, “Xıl” istirahət mərkəzində rahat istirahət üçün hər cür şərait nəzərdə tutulmuşdu.Uşaqlar üçün ayrıca guşənin olması uşaqlı valideynlərin ürəyincə oldu.Cənub mətbəxinin ləziz təamları,limonlu çay,çirin söhbətlər,məzəzli zarafatlar,idman oyunları,oynaq rəqslər gəzintiyə bir əlvanlıq qatdı.Bütün çöhrələrdə təbəssüm, rahatlıq vardı.Elə kollektivlə bir stol arxasında olan universitetin rəsmisi, professor Natiq İbrahimov da gərgin işdən sonrakı istirahətdən,buradakı təbii gözəlliklərdən və bütün LDU ailəsinin bir araya gəlməsindən məmnun görünürdü.

Xoş ovqatlı bir gün, bir süfrə arxasında, mehriban bir ailə kimi yığışmış universitetin kollektivinə gərgin tədris ilinin stressini unutmağa yardımçı oldu.Əyləncə dolu gəzintinin təşkilinə görə Lənkəran Dövlət Universitetinin kollektivi universitetin rəsmisi professor Natiq İbrahimova,tədbirin təşkilatçılarına minnətdarlıq bildirdilər.Bir sözlə,yaxşı təşkil olunmuş bir günün xoş xatirəsi bir ilə yetəcək qədər oldu.LDU kollektivi yay məzuniyyətinə xoş ovqatla, zəngin təəssüratla çıxdı.

Xoş təəssüratla məzuniyyətə.


Mənbə:
Paylaş: