Geri
LDU-da vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının 2019-cu ilin 1-ci Qrant müsabiqəsinin qaliblərdən biri olan “Turan
Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində (LDU) vətənpərvərlik
mövzusunda tədbir keçirib.
Tələbə və
müəllimlərin qatıldığı tədbiri LDU-nun social
məsələlər üzrə prorektoru dosent Kamran Kazımov açaraq bildirib ki, “Vətən namusdur! Vətən şərəfdir!
Vətən qorunacaq tək hədəfdir!” adlı
layihənin əsas məqsədi Vətənə
məhəbbət, ilk növbədə dilimizə, milli musiqimizə, tarixi keçmişimizə,
folklorumuza sahib çıxmaq, insanların mənsub olduğu dini dəyərlərə, ənənələrə
hörmətlə yanaşmaq, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına
hər an hazır olmağı bir daha insanlara aşılamaqdır.
“Turan Araşdırma Mərkəzi”İB-nin sədr müavini
Cavid İsmayıl çıxışında vətənpərvərliyi ən ali insani hiss kimi
dəyərləndirib.Bildirib ki,bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində
birgə yaşayışının tarixi təcrübəsi olan Azərbaycan, multikulturalizm,
tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilib. Müasir
dövrdə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti dövlətimizin tarixi
ənənələrə sadiq qalmasının bariz nümunəsidir. Lakin xaricdən yönələn
təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin qarşısında
xalqımızın vahid Azərbaycanın ideyası və əsası Ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan azərbaycançılıq məfkurəsinə ətrafında sıx birləşərməsi
önəmlidir.
Şair,
pulisist,sosioloq alim, professor Əhməd Qəşəmoğlu, “Olaylar”İnformasiya
Ağentliyinin baş direktoru.yazıçı publicist Yunus Oğuz layihənin əhəmiyyəti
,görüşün məqsədi barədə iştirakçılara ətraflı söz açıblar.Natiqlər çıxışlarında
Azərbaycan tarixində baş verən hadisələri ətraflı təhlil edərək bildiriblər ki,
tarixin ibrət dərslərinə biganə qalmaq
olmaz,unutqanlıq xalqı məhvə sürükləyir.Vətənin sabahı bu gün yetişdirilən gənclərdən,onların
məfkurəsindən,xalqına və vətəninə nə dərəcədə bağlılığından asılıdır deyən Yunus Oğuz tarixi mövzuda yazdığı
əsərlərində vətənpərvərlik mövzusunu daim diqqətdə saxladığını deyib və
kitablarını tələbələrə hədiyyə edib.
Tədbirdə
vətənpərvərlik ideyalarını,azərbaycançılıq məfkurəsini təbliğ edən,Azərbaycanın məruz qaldğı tarixi
faciələri əks etdirən videoçarx nümayiş
etdirilib,iştirakçılara bukletlər,
braşuralar ,videomateriallar paylanılıb.