Geri
ABŞ səfirliyinin müşaviri LDU-da olub.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil
işləri üzrə müşaviri Riçard Pinkham cənub
bölgəsinə səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub.Hörmətli
qonağı səfirliyin maarifləndirici
proqramlar üzrə direktoru Aydan Əsgərova müşayət edib.
Lənkəran
Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov cənab
Riçard Pinkhama universitetdə son illərdə təhsilin səviyyəsinin keyfiyyətcə
yaxşılaşdırılması istiqamətində görülən işlərdən,təcrübi istiqamətdə aparılan
yenilənmələrdən danışıb.Bildirib ki, cari təhsil ilində LDU-da iki yeni tədris
korpusu və 160 yerlik yataqxana inşa olunaraq tələbələrin ixtiyarına
verilib.Universitetin özünün turizm tədris bazası,modern laboratoriyaları,təcrübə
sahələri mövcuddur.LDU hazırda Türkiyənin və Avropanın 40-dən artıq ali təhsil
müəssisəsi ilə elmi əməkdaşlıq edir.Universitet rəsmisi ABŞ –ın təhsil
sektorunun dünyada öncül olduğunu və bu sektorla ikitərəfli əlaqənin LDU üçün
olduqca səmərəli ola biləcəyini qeyd edib.
Səmimi
qarşılanmaya görə təşəkkür bildirən ABŞ səfirliyinin müşaviri LDU –da təhsilin
yenilənməsi istiqamətində son illərdə
aparılan çoxşaxəli fəaliyyətdən məlumatlı olduğunu, bu səbəbdən də müşavir kimi cənub bölgəsinə ilk səfəri çərçivəsində
LDU ilə tanışlıq imkanından yararlandığını
deyib. Səmimi və işgüzarlıq şəraitində keçən söhbət zamanı R.Pinkham
səfirliyin hazırda fəaliyyətdə olan təhsil proqramlarından danışıb, tələbə və müəllim mübadiləsinə imkan yaradacaq
layihələrin reallaşmasına yardımçı
olacağını vəd edib.
Cənab
Riçard Pinkham Lənkəran Dövlət Universitetinin tələbələri ilə də görüşüb.Səmimi
dialoq və diskussiya şəraitində keçən söhbət zamanı əsas mövzu ABŞ səfirliyinin
mövcud təhsil proqramlarından bəhrələnmək barədə olub.
Esmira
İsmayılova
LDU-nun
mətbuat xidmətinin rəhbəri.