Xəbər lenti



LDU-da məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı ictimai müzakirə keçirilib.

Lənkəran Dövlət Universitetində(LDU) Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib.Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq ölkədə son dövrdə aparılan məhkəmə-hüquq sistemində aparılan islahatlardan danışıb, ölkə başçısının bu istiqamətdə imzaladığı 3 aprel 2019-cu il tarixli fərmanını yüksək dəyərləndirib.Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov sözügedən fərmanı ətraflı şərh edib,məqsəd və mahiyyəti barədə geniş açıqlama verib.Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupunun ...

Lənkəran Dövlət Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Ramazan bayramı münasıbətilə təbriki.

Hörmətli həmkarlar,Lənkəran Dövlət Universitetinin bütün kollektivi-professor- müəllim-işçi heyəti,əziz tələbələr!Hamınızı Müsəlman dünyasının ən müqəddəs bayramlarından olan ,on bir ayın sultanı sayılan Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir,könül xoşluğu,süfrələrinizə ruzi-bərəkət,ailələrinizə firavanlıq,dövlətimizə əmin-amanlıq arzulayıram.Ramazan bayramı ona görə müqəddəs sayılır ki,müsəlmanların dini kitabı olan Qurani-Kərim məhz bu mübarək ayda nazil olub.Ramazan ilahi hikmətlər,barış, əmin-amanlıq,xeyirxahlıq ayıdır.Orucluq mərasimləri hər il ölkəmizdə humanizmin,birlik və bərabərliyin təntənəsinə çevrilir.Bu əziz bayram günündə hamınızı bir daha təbrik edir,ailələrinizə xoşbəxtlik,süfrələrinizə xeyir-bərəkət diləyirəm.Ramazan bayramınız mübarək!Qeyd edək ki, Ramazan bayramı münasibətilə universitetin rektoru ...

Elmi şurada imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib.

Lənkəran Dövlət Universitetində (LDU) elmi şuranın növbəti iclası keçirilib.İclası universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və şura üzvlərinə gündəlikdə duran məsələlər barədə məlumat verib.Elmi şurada ilkin olaraq 2018-2019-cu tədris ilinin yekunları və yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirəyə çıxarılıb.Bu barədə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.Məruzəçi hər iki tədris korpusunda imtahanlara hazırlıq işlərinin tam başa çatdığını,bu sahədə hər hansı narahatlığın olmadığını,sessiyanın tam şəffaf və obyektiv keçirilməsi üçün ...

LDU yeni əməkdaşlıq müqaviləsi imzalayıb.

Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.Müqavilə hər iki qurum arasında birgə kadr hazırlığının aparılmasına və elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin yaradılmasına xidmət edir.Birgə əməkdaşlıq müqaviləsinə Lənkəran-Astara bölgəsində bitki biomüxtəlifliyinin öyrənilməsi,itmək və məhf olmaq təhlükəsində olan bitki növlərinin aşkar edilməsi, birgə elmi seminarların və elmi-praktik konfransların təşkili,aparılan elmi tədqiqatlara gənc tədqiqatçıların,o cümlədən bakalavriyyat və magistratura səviyyəsində təhsil alanların cəlb edilməsi,onların yerli və beynəlxalq konfranslarda iştiraklarının dəstəklənməsi daxildir.5 il müddətində qüvvədə ...

LDU-da Respublika Günü qeyd edilib.

28 May Respublika Günü Lənkəran Dövlət Universitetində (LDU) əsl bayram coşqusu və təntənəsi ilə qeyd edilib.Universitetin Böyük Akt zalında keçirilən bayram tədbirini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları 28 May-Respublika Günü münasibətilə təbrik edib. Respublika gününün mahiyyətindən,xalqımızın tarixində oynadığı müstəsna roldan danışan Natiq İbrahimov müstəqil dövlətdə yaşayıb işləməyin ən böyük xoşbəxtlik olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb,xalqımızın bu yolda apardığı mübarizədən ətraflı bəhs edib,gəncləri müstəqil dövlətimizin tərəqqisi yolunda fəal iştiraka və dövlətçiliyimizin inkişafına yeni töhfələr verməyə ...

 LDU yeni razılaşma memorandumu imzaladı.

Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və AMEA-nın Lənkəran Regional Elm Mərkəzi arasında elmi tədqiqat və kadr hazırlığı üzrə əməkdaşlıq barədə Razılaşma Memorandumu imzalanıb.Sənədə əsasən tərəflər ərzaq təhlükəsizliyi,ekologiya, biomüxtəliflik və təhsil sahəsində innovativ layihələrin həyata keçirilməsi,elmi kadr hazırlığı,tədris sahəsində əməkdaşlığın qurulması və gələcəkdə genişləndirilməsi barədə razılığa gəliblər.Razılaşma Memorandumu çərçivəsində tərəflər Lənkəran təbii ovalığında yabanı və mədəni bitki örtüyünə abiotik və biotik stress amillərinin mənfi təsirini, bu təsirə qarşı mühafizə yollarının fizioloji,biokimyəvi və ...

LDU orta məktəblərlə əlaqələrini genişləndirir.

“Lənkəran Dövlət Universiteti bölgənin orta ümumtəhsil məktəbləri ilə əlaqələri genişləndirməkdə maraqlıdır”- bu sözləri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Astara rayonunun Y.Ağayev adına Artupa tam orta məktəbinin müəllim və şagirdləri ilə görüşü zamanı deyib.Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə”27 noyabr 2017-ci il tarixli əmrin universitetlə orta ümumtəhsil məktəbləri arasında əlaqələrin qurulmasına müsbət təsir göstərdiyini deyən universitet rəsmisi qarşılıqlı münasibətlərin hər iki tərəf üçün səmərəli olduğunu qeyd edib.Artupa məktəbinin LDU-ya ...

LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilir.

Lənkəran Dövlət Universitetində (LDU) “Məzun-2019” il proqramı çərşivəsində açıq qapı günü və məzun yarmarkasına start verilib.LDU-nun Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.Məzun yarmarkasında rayon rəsmiləri, LDU-nun bu ilki və ötənilki məzunları, valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların ...

LDU-da akademik Həmid Araslının 110 illik yubileyi qeyd edilib.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan ədəbiyyatşünaslıq elminin banilərindən biri,görkəmli tədqiqatçı alim,əməkdar elm xadimi,filologiya elmləri doktoru,akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.Seminarı giriş sözü ilə universitetin sosial məsələlər üzrə prorektoru,filologiya elmləri namizədi, dosent Kamran Kazımov açıb.Akademik Həmid Araslının ədəbiyyatşünaslıq elmimizin inkişafındakı böyük rolundan söz açan Kamran Kazımov ölkə başçısı İlham Əliyevin də bu dəyərli alim haqqında fikirlərini seminar iştirakçıları ilə bölüşüb: “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin ...

Lənkəran Dövlət Universitetinin tələbəsi Rusiya Kino Festivalında 1-ci yerə layiq görülüb.

Astarxan Dövlət Texniki Universitetinin təşkilatçılılğı ilə “Xəzəryani Ölkələrin Universitetləri Assosasiyası” tərəfindən 19 – 20 aprel 2019-cu il tarixlərində “Delta-Plan – 2019” adlı Rusiya Kino Festivalı keçirilib.Festivala qatılan Lənkəran Dövlət Universitetinin tələbələrindən Aqrar və mühəndislik fakültəsinin Aqronomluq ixtisası üzrə II tədris ili tələbəsi Xəyyam Tahirzadə uğurlu təqdimatına görə fərqlənərək 1-ci yerə layiq görülüb.Həmçinin ,Lənkəran Dövlət Universiteti festivalda fəal iştirakına görə təşəkkürnamə, iştirakçı tələbə isə sertifikatla təltif edilib.