Xəbər lenti
Söhbətimə həmişə xatırladığım bir Şərq kəlamı ilə başlamaq istəyirəm:”Dünya dörd dirək üzərində durur:Alimlərin hikməti, insanların mərifəti, elmin həqiqəti, qəhrəmanların cəsarəti”.Orta əsrlərdə Şərqdə fəaliyyət göstərən bütün universitetlərin qapısı ağzında bu sözlərin yazıldığı lövhələrin vurulması təsadüfi olmayıb, rəmzi xarakter daşıyıb.Öyrədənə,öyrənənə də xatırladıb ki, universitetə təkcə elm məkanı kimi deyil, insanlıq məktəbi kimi baxılmalıdır.Mən həyatımda cox məktəblər keçmişəm, çox mətləblərdən agaham. 85 illik ömrümün böyük hissəsi məsul dövlət vəzifələrində keçib.Amma etiraf edim ki, ən gərgin anlarımda belə elm, təhsil adamları, ocaqları mənə həmişə ...
Bu sözləri Lənkəran şəhər təhsil şöbəsinin müdiri Aslan İbrahimov ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin icrası ilə bağlı görülən işlərə münasibət bildirərkən deyib.Rayonun təhsil rəsmisi Lənkəran Dövlət Universitetinin (LDU) Lənkəran şəhərinin tam orta məktəbləri ilə əməkdaşlığını hər iki tərəf üçün faydalı hesab edib:”LDU-nun müasir laboratoriyalarından istifadə, burada ixtisaslı müəllimlərin iştirakı ilə aparılan praktik məşğələlər, keçirilən nümunəvi dərslər yuxarı sinif şagirdləri , kimya və biologiya fənlərini tədris edən müəllimlərimiz üçün çox faydalı oldu.Universitetin professor-müəllim heyətinin dedikləri mühazirələr yuxarı ...
Natiq İbrahimov: “LDU-da həyata keçirdiyimiz dəyişikliklər müsbət reaksiya doğurur”Lənkəran Dövlət Universitetinin fəaliyyəti müstəqillik dövrünü əhatə etsə də, inkişafı son illərdə Azərbaycanda, o cümlədən təhsil sahəsində gedən böyük prosesin nəticəsidir. Universitetdə inkişafa yön verən isə rektor əvəzi, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimovdur.Rektor vəzifəsini icra etməyə başlayandan keçən müddətdə Lənkəran Dövlət Universitetində görülən işləri indi ölkəmizin ən sanballı, nüfuzlu, hətta adı beynəlxalq reytinq cədvəllərinə düşən universitetləri ilə müqayisə etmək mümkündür.LDU-da rektor vəzifəsini icra edən Natiq İbrahimov “Azərbaycan müəllimi” qəzetinə vəzifəsinin ...
Azərbaycan Respublikası Təhsil Nazirinin 16.08.2018-ci il 564 saylı əmrinə əsasən, Lənkəran şəhər təhsil şöbəsinin müraciəti nəzərə alınaraq , sözügedən nazirliyin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017-ci il tarixli 423 nömrəli əmrində dəyişiliklik edilib.Dəyişikliyə əsasən,2018-2019-cu tədris ilində Lənkəran Dövlət Universiteti (LDU) Astara və Yardımlı rayonları ilə yanaşı, Lənkəran şəhərinin tam orta məktəbləri ilə də əməkdaşlıq edir.Bu gün pilot layihəyə uyğun olaraq, tərtib edilmiş cədvəl əsasında Lənkəran şəhər 10 saylı tam orta məktəbin yuxarı ...
Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası bu gün başa çatır. LDU-da yaradılan İctimai şuranın üzvləri- şuranın sədri Sərhad Məmmədov başda olmaqla ,universitetin hər iki tədris korpusuna baş çəkərək imtahan prosesinin gedişi ilə bir daha əyani tanış olublar.Şura üzvlərinə imtahanların gedişi barədə ətraflı məlumat verilib, onlara prosesi İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb, mərkəzin fəlaiyyəti ilə bağlı sualları cavablandırılıb.LDU-da imtahan sessiyasının gedişi ilə əyani tanışlıq , imtahan vermiş tələbələrlə söhbətdən sonra şuranın üzvləri Lənkəran ...
Lənkəran Dövlət Universitetinin (LDU) riyaziyyat və informatika kafedrasında keçirilən növbəti seminar cəbrin müasir problemlərinə həsr edilib.LDU-nun rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov bu dəfəki seminarı Novosibirsk Dövlət Universitetinin ümumi riyaziyyat kafedrasının professoru İ.A.Malçevin aparacağını bildirib, qısa təqdimatdan sonra sözü məşhur riyaziyyatçıya verib.Professor İvan Malçev bir neçə dəfə Azərbaycanda olduğunu, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə yaxından əməkdaşlıq etdiyini , Lənkəran Dövlət Universiteti ilə elmi əməkdaşlıqda da maraqlı olduğunu bildirib, dəvətə görə universitet rəsmisinə minnətdarlıq edib.Elmi ...
Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. İmtahan sessiyasını canlı izləmək, tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə yaradılan ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri- şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov başda olmaqla, bu gün universitetin hər iki tədris korpusuna baş çəkərək imtahanların gedişini canlı izləyiblər.İctima şuranın üzvləri məramlarına uyğun olaraq imtahan keçirilən auditoriyalara baş çəkərək imtahan prosesinin gedişi ilə əyani tanış olublar.Şura üzvlərinə imtahanların gedişini İmtahan Müşahidə ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının tarixində ən ağrılı-acılı günlərdən biri olan 20 yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə anım tədbiri keçirilib.Tədbir iştirakçıları ilk öncə günahsız faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.1990-cı ilin 20 yanvar gecəsində baş verən qanlı hadisələri əks etdirilən videoçarx nümayiş olunub.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında 20 yanvar tarixini faciə günü kimi yox, xalqın qanla yazılan qəhrəmanlıq salnaməsi, şərəf , milli oyanış tarixi kimi səciyyələndirib, 1990-cı ilin 19 yanvarından 20-nə keçən ...
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.Bu gün Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür.Faciənin ildönümündə Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti Lənkəran şəhərinin mərkəzində salınan Şəhidlər Xatirə Kompleksini ziyarət edib.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin kollektivi şəhidlərin ruhunu ehtiramla anıb, abidə kompleksin önünə təzə-tər qərənfillər düzülüb.20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı Lənkəran Dövlət Universitetində (LDU) anım tədbiri də keçirilib.Tədbir iştirakçıları ...
Lənkəran Dövlət Universitetində (LDU) Elmu şura 2019-cu ildə ilk iclasını keçirib.Şura iclasını adəti üzrə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.Lənkəran Dövlət Universitetində formalaşdırılmış yeni Elmi şura haqqında şuranın katibi Allahşükür Quliyev məlumat verib və şura üzvlərini təqdim edib.“Payız semestrinin imtahan sessiyasının gedişi haqqında” Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.Məruzəçi hazırkı dövrə kimi imtahan sessiyasının normal getdiyini, hər hansı problemin qeydə alınmadığını ...