Xəbər lenti



Lənkəran  Dövlət  Universitetində   yeni tədris ilinin ilk dərsləri Anım Gününə həsr olunub.

LənkəranDövlət Universitetində (LDU) bu gündən ənənəvitəhsilə start verilib.Yeni tədris ilinin ilk dərsləri Anım Gününə həsr edilib. Bütün fakültələrdə ilkdərslərdə Vətən müharibəsində qəhrəmancasınadöyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazibütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərdən,Azərbaycan Ordusunun Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi altında qazandığı döyüş uğurlarından söz açılıb. Ölkə başçısının 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamlasentyabrın 27-si tarixinin Azərbaycan Respublikasında Anım Günü elan edildiyi ,44 gün davam edən hərbi əməliyyatlarınAzərbaycan tarixinə Vətən müharibəsi, İkinci Qarabağ savaşı, “Dəmir yumruq” əməliyyatı kimi düşdüyü, ...

FHN-nin  Dövlət Yanğın Nəzarəti Xidməti  LDU-da  seminar-müşavirə keçirib.

Lənkəran Dövlət Universitetində (LDU) yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilib.Tədbir 27 sentyabr Anım Günü ilə bağlı şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutlayad edilməsi ilə başlanıb.LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dosent Elvin Əliyev seminar – müşavirənin profilaktik məqsəddaşıdığını və maarifləndirmə xarakterli olduğunu bildirib, LDU-dada təhlükəsizlik tədbirlərinin qorunması ilə bağlı belə tədbirlərin mütəmadi keçirildiyini qeyd edib, dünyadatexnogen, ekoloji hadisələrin və təbii fəlakətlərin ildən-ilə çoxaldığı birdövrdə hər bir kəsin ilkin tibbi yardım bacarığının olmasının və fövqəladəhallar zamanı təhlükəsizlik tədbirlərinə əməl etməsinin vacibliyini ...

Şəhid  məzarları ziyarət edildi.

27 sentyabr - Anım Günündə Lənkəran DövlətUniversitetinin (LDU) professor-müəllim heyəti Lənkəran şəhərinin mərkəzindəkiŞəhidlər abidə kompleksini ziyarət edib.Şəhid məzarlarının önünə qərənfillərdüzülüb, ruhlarına dualar edilib.Anım mərasimdə Azərbaycanın ərazi bötövlüyü,müstəqilliyi uğrunda qurban gedən şəhidlərin döyüş şücaətləri haqqında çıxışlaredilib, şəhid valideynlərinin ürək sözləri dinlənilib.Bu günkü Anım Günündə universitetin professor-müəllim heyəti LDU-nunşəhid məzunu Vüsal Kazımovun məzarını da ziyarət edərək abidəsinin önünə təzə-tər qərənfillər düzüblər.Universitetin rektoru, professor Natiq İbrahimovLDU-nun Sosial məsələlər üzrə prorektoru Kamran Kazımova oğlu - baş leytnant Vüsal Kazımovun 44 günlükVətən müharibəsində qəhrəmanlıqla ...

LDU-da  Anım Günü  qeyd  edilib.

Prezident İlham Əliyevin Vətən müharibəsininbaşladığı 27 sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi iləbağlı imzaladığı Sərəncama uyğun olaraq bu gün Lənkəran Dövlət Universitetində (LDU)“Vətən müharibəsinin əbədi qəhrəmanları” adlı onlayn konfrans keçirilib.Konfrans 44 günlük müharibədə həlak olan şəhidlərin xatirəsinin 1dəqiqəlik sükutla anılması ilə başlanıb.Lənkəran Dövlət Universitetinin rektoru, professorNatiq İbrahimov 27 sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsiniVətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azadedilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolundacanlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhid ruhlarına, şəhidlərindoğmalarına ali ...

LDU-da Aşıq Ələsgər yad  edilib.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan aşıq sənəti, milli aşıq poeziyası tarixində şərəfli yer tutanustad sənətkarlardan biri olan Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümümünasibətilə tədbir keçirilib.Universitetin Azərbaycan dili və ədəbiyyatkafedrasının təşəbbüsü ilə onlayn keçirilən elmi seminarı kafedranın müdiri,dosent Elşad Səfərli açıb və el sənətkarının anadan olmasının 200-cüildönümünün təntənəli şəkildə qeyd olunması barədə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin imzaladığı sərəncamdan danışıb, bunu el aşığına verilənböyük dəyər adlandırıb.Seminarda dosent Elşad Səfərli “Aşıq Ələsgəryaradıcılığında sufilik” mövzusunda geniş məruzə edib.Məruzədə Aşıq Ələsgərin yaradıcılığınınətraflı təhlili əsasında ...

LDU-da tyutor hazırlığı kursunun müdavimlərinə sertifikatlar təqdim edilib

LənkəranDövlət Universitetinin (LDU) nəzdindəyaradılan tyutor hazırlığı kursunun növbətiburaxılışı olub.Müdavimləri təbrik edən LDU-nun rektoru, professor Natiqİbrahimov COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq tyutor hazırlığının təşkilini universitetin tədris həyatında əlamətdar hadisə kimi dəyərləndirib.Bildirib ki, kursu uğurla bitirən müdavimlərin əksəriyyəti qarşıdakı tədris ilində LDU-da və bölgədə fəaliyyət göstərən kolleclərdə işlə təminolunacaqlar. Kursu yüksək balla başa vuran müdavimlər ilk növbədə yerləşdiriləcəklər.Müsair təhsilprosesində tyutorların fəaliyyətini yüksək dəyərləndirən universitet rəsmisi çətinvə məsuliyyətli işlərində müdavimlərəuğurlar arzu edərək bildirib ki, onlar daima dünya və ölkə təhsilindəbaş verən yeniliklərdən xəbərdar ...

ADMİU-nun tələbələri  LDU-da olub.

AzərbaycanDövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsininprofessor-müəllim heyəti və bir qruptələbəsi 26-28 iyul tarixlərində Lənkərana səfər edib. ADMİU-nun rektoru,professor Ceyran Mahmudova, ADMİU-nun prorektoru, professor Validə Məmmədova,Rəssamlıq fakültəsi “Təsviri sənət” kafedrasının müdiri Rəşad Cabbarov,müəllimlərdən Zöhrab Cabbarov, Asim Bayramov və dizayn kafedrasının əməkdaşıŞərqiyyə Əfəndizadənin iştirak etdiyi səfərin əsas məqsədi tələbələrin təbiət mənzərələrindəetüdlərinin keçirilməsi olub. ADMİU-nun müəllim və tələbələri səfərmüddətində Lənkəran DövlətUniversitetinin (LDU) turizm təcrübə bazasında yerləşiblər. Rəngkarlıq və qrafika ixtisasının müxtəlif kurslarındatəhsil alan tələbələr səfər ərzində Lənkəranın gəzməli-görməli yerləri ilə tanış ...

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Qurban bayramı münasıbəti ilə kollektivə  Təbriki.

Qurban bayramı İslam dünyasının ən müqəddəsbayramlarından biridir.Humanist dəyərlərə, ali insani hisslərə söykənən , müsəlmanlarüçün böyük əhəmiyyət kəsb edən , dünya müsəlmanlarının mənəvi birlik vəhəmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə sizləri- LənkəranDövlət Universitetinin bütün əməkdaşlarını və tələbələri ürəkdən təbrik edir, hamınıza ən səmimi , xoş arzularımı çatdırıram.Bu ilki Qurbanbayramını xalqımız 30 illik həsrətdənsonra ilk dəfə olaraq azad olunmuş torpaqlarda- Qarabağda, Şuşada, Laçında, Kəlbəcərdə,Zəngilanda qeyd edəcək. Xalqımıza Zəfər sevinci yaşadan, torpaqlarımızınbütövlüyü uğrunda canından keçən şəhid oğullarımızın ruhunu müqəddəs bayram günlərində bir ...

Elmu Şura Yaz semestrinin imtahan sessiyasının nəticələrini qənaətbəxş hesab edib.

Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın 2020/2021-ci tədris ilindəkison iclası da xüsusi karantin rejimiilə əlaqədar olaraq onlayn keçirilib.İclası Elmi Şuranın sədri, universitetin rektoru , professor Natiq İbrahimovaçıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.Elmi Şura üzvləri ilkin olaraq “Yaz semestrininimtahan sessiyasının nəticələri. Yay semestrinə hazırlığın vəziyyəti” iləbağlı universitetin Tədrisin təşkili vətəlim texnologiyaları üzrə prorektoru, dosent İdrak Əsgərovun məlumatınıdinləyiblər. Məruzəçi bildirib ki, 2020/2021-citədris ilinin yaz semestrinin imtahan sessiyasının əsas imtahanları02.07.2021-ci il tarixində və üzürlü səbəbdən imtahanlarda iştirak etməyən vəimtahanlarda qeyri ...

LDU-da  ADPU- nun   100 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan DövlətPedaqojiUniversitetinin (ADPU) 100 illik yubileyinə həsr olunmuş konfranskeçirilib. “Azərbaycanda müəllim kadrların hazırlanmasındaAzərbaycan Dövlət Pedaqoji Universitetinin rolu”mövzusunda keçirilən onlayn konfransı LənkəranDövlət Universitetinin rektoru,professor Natiq İbrahimov açıb. 100 illik yubileyi dövlət səviyyəsində qeydedilən ADPU –nun Azərbaycanda pedaqoji kadrlarınhazırlanmasında müstəsna xidmətləri olduğunu deyən professor Natiq İbrahimovyubiley münasibətilə kollektivin professor-müəllim-tələbə heyətini təbrikedib.Bildirib ki, universitet fəaliyyətə başladığı ilk illərdən bu günə kimi üzərinədüşən şərəfli missiyanı uğurla yerinə yetirib, respublikamızı və keçmişittifaqın digər respublikalarının regionlarını peşəkar pedaqoji kardlarla təmin edib və ...