Xəbər lenti
Dünən günün ikinci yarısından başlayaraq Lənkəran Dövlət Universiteti tələbələrinin universitet rəhbərliyinin göstərişi əsasında rayon polisi tərəfindən saxlanılması ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda həqiqəti əks etdirməyən məlumatlar, heç bir əsası olmayan yalan informasiyalar yayılır. Məsələ ilə bağlı bildiririk ki, 29.01.2021-ci il tarixdə Tələbə Güc Mərkəzi adlı qurumdan Lənkəran Dövlət Universitetinin rəsmi elektron poçt unvanına məktub daxil olub ki, universitetin müəllimi, “Əski əlifba” fənnini tədris edən İlahə Seyfullayeva kollekvium yazılarını yoxlayarkən tələbələrin biliyini aşağı balla qiymətləndirib. Universitet rəhbərliyi ...
28 yanvar 2021-ci il tarixində Türkiyə Cümhuriyyətinin Çukurova Universitetinin “Bitki Mühafizəsi” bölümünün rəhbəri professor Sadəttin Baloğlu və Adanada yerləşən “ERZA” meyvə-tərəvəz ticarət şirkətinin nümayəndəsi Erdən Zaman Lənkəran Dövlət Universitetində (LDU) olub. Türkiyəli qonaqları universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.Qarşılıqlı analaşma şəraitində keçən söhbət zamanı universitetlər arasında ikili əməkdaşlığın genişlənməsi, müəllim və tələbə mübadiləsi, Türkiyədə fəaliyyət göstərən peşəkar kadrların LDU-ya cəlb edilməsi istiqamətində müzakirələr aparılıb. Həmçinin, aqrar, qida məhsulları və informasiya texnologiyaları sahələri üzrə mütəxəssislərin hazırlanmasının daha ...
Lənkəran Dövlət Universitetinin ( LDU) Tarix –coğrafiya və incəsənət ,Filologiya və ibtidai təhsil fakültələrinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş seminar keçirilib. Microsoft Teams platforması üzərindən onlayn keçirilən tədbir faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.Seminarı giriş sözü ilə rektorun müşaviri, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı vəzifəsini icra edən professor Mikayıl Məhərrəmov açıb.Bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il ...
Lənkəran Dövlət Universitetində (LDU) Microsoft Teams platforması üzərindən Azərbaycan tarixinin ən ağrılı səhifəsi olan 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn konfrans keçirilib. Konfrans iştirakçıları 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canından keçən igidlərin- I və II Qarabağ müharibəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər.Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 31 il öncə baş verən qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, həmin vaxt ölkədə yaşanan xaos , xalqın apardığı azadlıq mübarizəsi barədə ...
Səhəri, həftəni xoş bir xəbərlə açırıq! Lənkəran Dövlət Universitetinin (LDU) daha bir əməkdaşı- Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin tyutoru Zamanzadə Əli Bəhram oğlu Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirərək yenidən sıralarımıza qayıdıb. Əli Zamanzadə erməni qəsbkarlarına qarşı Azərbaycan xalqının apardığı haqq savaşının ilk günlərindən könüllü olaraq döyüşə qatılan , son günə qədər döyüşən, böyük qələbəyə şahid olan igidlərimizdəndir.Xatırladaq ki, igid əsgərimizin döyüş yolu Vətən müharibəsinin ilk günündən başlayıb. Sentyabrın 27-də Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda döyüşə qatılan ...
Lənkəran Dövlət Universitetində (LDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına bu gündən- 11 yanvar 2021-ci il tarixdən start verilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.12.2020-ci il tarixli əmrini rəhbər tutaraq Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bununla bağlı müvafiq əmr imzalayıb.Əmrə əsasən 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası 11.01.2021-ci il tarixdən 06.02.2021-ci il tarixinədək distant formada keçiriləcək.İmtahanda fənn üzrə elektron biletdə olan sualların cavablandırılması və həmin cavabların elektron formada şəxsi kabinetə yerləşdirməsi üçün hər bir ...
Lənkəran Dövlət Universitetində (LDU) Elmi şura yeni ildə ilk iclasını keçirib. Elmi şuranın sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ilk öncə ötən 2020-ci ildə ölkədə baş verən ən əlamətdar hadisələrin qısa xülasəsini verib, Azərbaycan ordusunun zəfər yürüşündən danışıb, eyni zamanda, Lənkəran Dövlət Universiteti əməkdaşlarının, məzun və tələbələrin Vətən müharibəsində iştirakından söz açıb.Erməni qəsbkarları ilə haqq savaşında canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.Elmi şurada müzakirəyə çıxarılan əsas məsələlərdən biri “Payız semestrində tədris prosesinin yekunları, imtahan sessiyasına hazırlığın ...
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov yazır.Sentyabrın 27-də başlanan, 44 gün davam edən və azğın düşmənin acı məğlubiyyəti ilə bitən Vətən müharibəsi Azərbaycan tarixinin şərəf, şöhrət, zəfər salnaməsidir. Böyük fəxarət hissi ilə deyirəm ki, bu zəfər döyüşünə Lənkəran Dövlət Universitetinin (LDU) məzunları, tələbələri, işçiləri ilk günlərdən könüllü olaraq qatıldılar, hünər və cəsurluq nümunələri göstərərək zəfər salnaməsinə imzalarını qoydular. Bu gün erməni qəsbkarlarına qarşı Azərbaycan xalqının zəfərlə başa çatdırdığı Vətən müharibəsi artıq tarixdir və fəxrlə deyə bilirik ...
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciəti: - Əziz həmvətənlər. 2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində danışıqlar gedirdi. Ancaq danışıqlar ...
Dəyərli həmvətənlər!Hörmətli professor-müəllim heyəti!Əziz tələbələr!Hamınızı 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni- 2021-ci il münasibəti ilə ürəkdən təbrik edirəm.Yeni-2021-ci ili bütün Azərbaycan xalqı böyük sevinc və fərəh hissi, xoş bayram ovqatı ilə qarşılayır. Bu gün qürur hissi ilə deyə bilərik ki, yola saldığımız 2020-ci il Azərbaycan xalqı üçün ən əlamətdar hadisələrlə, möhtəşəm yeniliklərlə yaddaqalan oldu. Ən əsası, 2020-ci il xalqımız üçün Zəfər, Qələbə ili oldu! Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, rəhbərliyi altında şanlı Azərbaycan ordusu erməni ...