Geri

03/11/19

BDU-nun 100 illiyi LDU-da qeyd edilib.


Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley tədbirləri çərçivəsində universitetin rektoru Elçin Babayev başda olmaqla, BDU-nun nümayəndə heyəti Lənkəran Dövlət Universitetində olub.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla qonaqların görüşü səmimi və işgüzarlıq şəraitində keçib. Diskussiya zamanı Natiq İbrahimov əlamətdar yubiley münasibətilə BDU-nun bütün kollektivini,professor-müəllim –tələbə heyətini ürəkdən təbrik edib.Bildirib ki, ölkədə təhsilin və elmin inkişafına verdiyi böyük töhfələrə,Azərbaycana dəyərli ziyalılar ordusu bəxş etdiyinə görə Ümummilli lider H.Əliyev “Bakı Dövlət Universitetini Azərbaycan xalqının,Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.LDU rəsmisi onu da qeyd edib ki,Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli qərarı ilə BDU-nun Lənkəran filialı kimi açılmış, Nazirlər Kabinetinin 1992-ci il 23 iyun tarixli sərəncamı ilə dövlət statuslu ali məktəb kimi fəaliyyətə başlamışdır.N.İbrahimov Lənkəran Dövlət Universitetində son illərdə görülən işlər, təhsilin yenilənməsi istiqamətində atılan addımlar barədə də qonaqlara ətraflı məlumat verib.
“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” prinsipinə uyğun olaraq, BDU-dan gələn qonaqlara LDU-da görülən işlərlə əyani tanış olmaq imkanı yaradılıb.LDU ilə tanışlıq turizm-tədris-təcrübə bazasından başlanıb.BDU-nun rektoru Elçin Babayev,prorektorlar Aydın Kazımzadə, Əliş Ağamirzəyev,Tarix fakültəsinin dekanı ,professor İbrahim Zeynalov,Kimya fakültəsinin dekan müavini Elvin Məlikov,Kadrlar şöbəsinin müdiri Nəzakət İsayeva sahilboyu ərazidə yerləşən bazada yaradılan şəraitdən razı qaldıqlarını dilə gətiriblər.Otelin həyətində Bakı Dövlət Universitetinin 100 illk yubileyi şərəfinə xatirə olaraq dekorativ həmişəyaşıl ağaclar əkilib.
LDU-nun tədris-təcrübə sahəsi, çay və sitrus plantasiyası,yeni tədris korpusları,tələbə yataqxanası,modern laboratoriyaları,müəllimlər üçün inşa olunmuş xidməti mənzillər,tələbə yeməkxanası və s.ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.BDU müəllimlərinin keçdiyi ustad dərsləri tələbələr tərəfindən maraqla qarşılanıb.
Lənkəran Dövlət Universiteti ilə tanışlıq Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş konfransla yekunlaşıb.Konfransı giriş sözü ilə LDU rəsmisi professor Natiq İbrahimov açıb və BDU-nun ölkənin mədəni həyatında oynadığı böyük roldan, ölkədə elm və təhsilin inkişafı naminə gördüyü işlərdən,LDU ilə əlaqələrindən danışıb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bölgədə yerləşən bir universitetdə gördüklərindən məmnunluğunu ifadə edib,son illərdə görülən işləri yüksək dəyərləndirib.Elçin Babayev konfrans iştirakçılarına BDU-da başlanan yeni islahat dalğasından,görüləcək işlərdən,gələcək planlardan danışıb,ölkə başçısının,bütün xalqın BDU-ya bəslədiyi inam və etimadı doğrultmaq üçün var gücləri ilə çalışacaqlarını deyib.
Konfransda BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə,sosial məsələlər,tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev,BDU-nun LDU-da çalışan məzun və doktorantlarından universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən İdrak Əsgərov,baş müəllim Gülbəniz Qədirova çıxış ediblər.Çıxışlarda yubiley arzuları,təbrikləri dilə gətirilib, hər iki ali təhsil ocağında görülmüş işlərdən, gələcək perspektivlərdən söz açılıb.Tədbirin sonunda Natiq İbrahimov BDU-nun rektoru Elçin Babayevə kollektiv adından Lənkəranın rəmzi sayılan Xan evinin rəsmini hədiyyə edib.Elçin Babayevin hədiyyəsi isə Qarabağ xalçalarının milli ornamentləri əks edilmiş tablo olub.
Sonda xatirə şəkilləri çəkilib.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.
BDU-nun 100 illiyi LDU-da qeyd edilib.


Mənbə:
Paylaş: