Xəbər lenti



LDU tələbələrindən paytaxtın uşaq evlərinə növbəti  sitrus sovqatı

Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri tədris təcrübə bazasında yetişdirdikləri 1,5 tona yaxın sitrus meyvələrini Bakı və Bakıətrafı rayonlarda yerləşən uşaq evi sosial xidmət müəssisələrinə pay göndəriblər.Qeyd edək ki, sovqat qismində göndərilən sitrus məhsulları LDU-nun 2, 7 hektarlıq aqrar tədris təcrübə bazasında aqrar yönümlü ixtisasların tələbələri tərəfindən yetişdirilib. Ənənəvi olaraq 3 ildir icra edilən bu xeyriyyə missiyası tələbələrdə sosial məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.Sosial xidmət müəssisələrinin rəhbərləri uşaqlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və tələbə ...

LDU-da 12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan LDU-nun tədris məsələləri üzrə prorektoru, dosent Zaur Məmmədov əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ...

LDU-da təhsil proqramlarının akkreditasiyaya hazırlığı və keyfiyyət təminatı məsələləri müzakirə olunub

Lənkəran Dövlət Universitetində (LDU) Keyfiyyət təminatı şöbəsinin təşkilatçılığı ilə təhsil proqramları üzrə özünütəhlil hesabatlarının, kompetensiya xəritələrinin və müvafiq strukturlar üzrə fəaliyyət planlarının hazırlanmasının təkmilləşdirilməsinə dair növbəti iclas keçirilib.Tədbirdə çıxış edən tədris məsələləri üzrə prorektor dosent Zaur Məmmədov və Keyfiyyət Təminatı şöbəsinin müdiri Sevər Əhmədova ali təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs ediblər. Çıxışlarda Elm və Təhsil Nazirliyinin müvafiq tapşırıqlarının, eləcə də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) proqram akkreditasiyası üzrə tövsiyələrinin vaxtında və dəqiq icrasının vacibliyi xüsusi vurğulanıb.İclas zamanı aşağıdakı ...

LDU-da  “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici seminar keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) “Uşaq Hüquqları Aylığı” çərçivəsində BMT-nin Uşaq Hüquqları Konvensiyasının prinsiplərinin təbliğinə və gənclərin məlumatlılığının artırılmasına həsr olunmuş maarifləndirici seminar keçirilib.Tədbiri giriş sözü ilə LDU-nun Sosial məsələlər üzrə prorektoru, dosent Ramiz Şammədov açaraq, Azərbaycanda uşaq hüquqlarının qorunması və müdafiəsi sahəsində görülən işlərdən bəhs edib.Seminarda çıxış edən Pedaqogika, psixologiya və incəsənət kafedrasının müdiri, dosent Afiq Əliyev uşaqların təhsil hüquqlarının əhəmiyyətini vurğulayıb.Daha sonra Tarix-coğrafiya və incəsənət fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə IV tədris ili tələbəsi Leyla ...

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun 8 Noyabr-Zəfər Günü münasibətilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin professor, müəllim, tələbə, işçi heyətinə  Təbriki

Əziz tələbələr, hörmətli professor-müəllim heyəti və inzibati işçilər, dəyərli valideynlər!Azərbaycanın çoxəsrlik tarixində xalqımıza qürur və şərəf bəxş edən müqəddəs günlər çoxdur. Lakin 8 Noyabr – Zəfər Günü bu tarixlərin hamısından ucada dayanan, millətimizin hünər, qeyrət və şücaət salnaməsidir.6 il öncə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 il düşmən tapdağında qalan əzəli dədə-baba torpaqlarımızı işğaldan azad etdi və xalqımıza illərlə həsrətində olduğu möhtəşəm Qələbə sevincini yaşatdı. Azərbaycan Prezidentinin polad iradəsi, rəşadətli ordumuzun yenilməz gücü və xalqımızın ...

LDU-da Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub

Lənkəran Dövlət Universitetində (LDU) 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin professor, müəllim, ...

LDU Elmi şurasının növbəti iclası keçirilib

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurasının 2026/2027-ci tədris ilində növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Elmi şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov iştirakçıları salamlayaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.Gündəliyə uyğun olaraq, ilk öncə “2026/2027-ci tədris ilinin payız semestrində tədrisin gedişi və I kollokviumlara hazırlığın vəziyyəti” barədə məsələyə baxılıb. Mövzu ilə bağlı Tədris məsələləri üzrə prorektor, dosent Zaur Məmmədovun geniş hesabatı dinlənilib. Hesabatda dərslərin keyfiyyəti, tələbələrin davamiyyəti və qarşıdakı kollokvium mərhələsinin şəffaf, eləcə də mütəşəkkil təşkili üçün görülən ...

Lənkəran Dövlət Universitetində Qərbi Azərbaycan İrsinin Tədqiqi və Təlimi Mərkəzinin açılışı olub

Lənkəran Dövlət Universitetində (LDU) ölkəmizin ictimai-siyasi və elmi həyatı üçün mühüm əhəmiyyət kəsb edən Qərbi Azərbaycan İrsinin Tədqiqi və Təlimi Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Tədbir çərçivəsində millət vəkilləri, tanınmış elm xadimləri və ziyalılar bir araya gəliblər. Mərasim iştirakçıları rəsmi hissədən öncə Lənkəran şəhərinin mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər və abidə önünə tər çiçəklər düzüblər.Ziyarətin ardından Lənkəran Dövlət Universitetində Qərbi Azərbaycan İrsinin Tədqiqi və Təlimi Mərkəzi rəsmi ...

LDU-da “CareerPlus” Karyera Forumu keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Elm və Təhsil Nazirliyinin dəstəyi, ATGTİ və LDU TGT-nin təşkilatçılığı ilə “CareerPlus – Tələbə və Gənc Məzunların İnkişaf Proqramı” çərçivəsində növbəti Karyera Forumu baş tutub. Tədbirdə ATGTİ nümayəndələri, universitetin professor-müəllim heyəti, qonaqlar və tələbələr iştirak ediblər.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin rəsmi açılışında LDU-nun Tədris məsələləri üzrə prorektoru dosent Zaur Məmmədov və Lənkəran Dövlət Universitetinin rektoru, prof çıxış ediblər. Natiqlər forumun əhəmiyyətindən bəhs edərək, proqramın ...

Lənkəran Dövlət Universiteti NASCO29 Respublika Elmi Konfransında  təmsil olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXIX Respublika Elmi Konfransı (NASCO29) keçirilib. İki gün davam edən və hibrid formatda təşkil olunan bu tədbir, ölkə üzrə indiyədək keçirilmiş ən genişmiqyaslı elmi konfrans kimi tarixə düşüb. Konfransa 123 elm və təhsil müəssisəsindən ümumilikdə 1627 elmi iş təqdim edilib, elmi və texniki komitələrin qiymətləndirməsindən sonra isə 1382 gənc tədqiqatçının ...