Geri

12/11/19

LDU-da maliyyə savadlılığına dair təlim keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) Mərkəzi Bankın təşəbbüsü və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun təşkilati dəstəyi ilə “Maliyyə savadlılığı”na dair təlim keçirilib.
Tədbiri “Maliyyə idarəetməsi və audit” kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent Əlixan Bədəlov açıb.“Maliyyə savadlılığı” təliminin kecirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” ayrıca strateji hədəf kimi qeyd olunub və maliyyə savadlılığının əhəmiyyəti bir daha vurğulanıb. Bu sənəd istehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi proritetinin əsas icraçısı kimi AMB qarşısında əhalinin maarifləndirilməsinə dair strateji tapşırıqlar qoyub.
Mərkəzi Bankın İqtisadi təhlil departamenti, Maliyyə sektoru və bazarlarının təhlili şöbəsinin aparıcı mütəxəssisi Lamiyə Qaralova “Maliyyə savadlılığı” ayı və “Beynəlxalq əmanət günü” haqqında məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə bağlı silsiləvi tədbirlər keçirir.Təlim şəxsi büdcənin tərtib edilməsi, əmanət və kreditlər kimi bank məhsullarının izahı, kredit təşkilatları və maliyyə institutları barədə düzgün seçim aparılması məqsədi daşıyır.
Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təlim üzrə eksperti Samirə Bağırova təlimin əhəmiyyətindən və fondun hədəflərindən bəhs edib.

Təlimdə Mərkəzi Bankın elektron resursları “Maliyyə savadlılığı portalı” (www.bizimpullar.az), virtual təhsil platforması (www.edu.e-cbar.az) və maliyyə məhsul və xidmətlərinin axtarış sistemi (www.infobank.az) barədə ətraflı məlumat verilib.

Təlimin sonunda tələbələr arasında viktorina keçirilib və qalib tələbələr mükafatlandırılıb.Təlimdə həmçinin Alman Yığım Fondunun regional nümayəndəsi Lara Horstmann və Alman Yığım Fondunun kiçik ölkə nümayəndəsi Eva Lennartz iştirak edib.
Sonda fəal tələbələrə hədiyyələr təqdim edilib.

LDU-da  maliyyə savadlılığına dair təlim keçirilib.


Mənbə:
Paylaş: