Geri

27/11/19

Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi LDU-da qeyd edilib.


Görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 110 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” sərəncamına uyğun olaraq Lənkəran Dövlət Universitetində (LDU) seminar keçirilib.
Universitetin baş müəllimi,folologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev seminarda “Məmməd Cəfər yaradıcılığının mövzu və problem əhatəsi” mövzusunda geniş məruzə edib. Məruzədə bildirilib ki, akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edib, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edib. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərib.
Məruzə ətrafında dosentlərdən Mirhüseyn Abbasın “M.Cəfərin Azərbaycan-rus ədəbi əlaqələrinin tədqiqi əsəri ”,Qədim Rufullayevin “M.Cəfərin ədəbiyyatşünaslıq fəaliyyəti” və Elşad Səfərlinın “M.Cəfərin tənqidi-estetik görüşləri və teatr tənqidçiliyi” mövzularında çıxışları dinlənilib.Çıxışlarda görkəmli akademikin Azərbaycan ədəbiyytşünaslığının,ədəbi-bədii tənqidinin inkişafındakı rolundan geniş bəhs edilib, yazışı, dilçi, tənqidçi kimi fəaliyyəti ətraflı təhlil olunub.

Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi LDU-da qeyd edilib.


Mənbə:
Paylaş: