Geri

18/12/19

LDU-da yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) FHN-nin DYNX-nin Cənub Regional DYNİ-nin təşkilati təstəyi ilə yanğın təhlükəsizliyi ilə bağlı profilaktik tədbir keçirilib.Universitetin müəllim və tələbələrinin qatıldığı tədbirdə Cənub Regional DYNİ-nin inspektorları Murad Əbilov və Nurlan Həmzəyev fövqaladə hallar sırasında ən geniş yayılmış hadisələrdən olan yanğınların törənməsi səbəbləri, onların lokallaşdırılması, nəticələrinin operativ aradan qaldırılması,qarşısının alınması barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbirin praktik hissəsində baş vermiş yanğının söndürülməsi tələbələrə əyani olaraq göstərilib, yanğınların söndürülməsi qaydaları ,daxili yanğınsöndürmə vasitələri haqqında lazımi bilgilər verilib,iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

LDU-da yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib.


Mənbə:
Paylaş: