Geri

07/01/20

Lənkəran Dövlət Universitetində imtahan sessiyasına start verilib.


Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Lənkəran Dövlət Universitetində (LDU) 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına bu gün -7 yanvar tarixində start verilib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin tədris korpuslarına baş çəkərək imtahanların gedişini əyani izləyib.
Universitet rəsmisi imtahan başlamazdan öncə dekanlar, koordinator-müəllim, rəhbər koordinatorlar və imtahanların gedişinə məsul digər şəxslərlə görüş keçirib. Görüş iştirakçılarını yeni təqvim ili münasibəti ilə təbrik edən professor Natiq İbrahimov payız semestrinin imtahan sessiyasına hazırlığın son vəziyyətini onlarla birgə müzakirə edib, bununla bağlı məsul şəxslərin hesabatlarını dinləyib.Natiq İbrahimov bu semestrdə də imtahanların şəffaf keçiriləcəyinə, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağına əminliyini ifadə edərək tapşırıqlarını verib.
Qeyd edək ki, Lənkəran Dövlət Universitetində 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün yanvarın 7-dən fevralın 1-nədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV tədris ili qrupları üçün yanvarın 7-dən yanvarın 11-dək keçiriləcək.
Bütün fakültələr üzrə imtahanlar əyani və qiyabi təhsilalma forması üzrə saat 9:00-da başlanacaq və tələbələrə imtahan suallarını cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt veriləcək.
3713 bakalavr və 113 magistrantın iştirak edəcəyi
imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb, əlaqə telefonları kimi 025-5-27-86, 025-5 -24-17 müəyyən edilib.Sessiyanın gedişi müddətində obyektivliyi və şəffaflığı təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədi ilə universitetin tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular qoyulub. İmtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində Apellyasiya komissiyaları yaradılıb.
Xatırladaq ki, ki, sessiya müddətində universitetin İctimai Şurasının üzvləri də imtahanlarıln gedişini əyani izləyəcəklər.

Lənkəran Dövlət Universitetində imtahan sessiyasına start verilib.


Mənbə:
Paylaş: