Geri

06/05/20

LDU-nun “Relive” STARTUP komandası “Virtual Hackathon–2020” müsabiqəsində fəxri III yerə layiq görüldü.


Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün
Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən “Virtual Hackathon–2020” müsabiqəsi başa
çatıb.
“Biz birlikdə güclüyük” adlı müsabiqə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin
OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və
Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə
keçirilib.
Müsabiqənin şərtlərinə görə, komandalar 48 saat ərzində “Slak” və “ZOOM”
proqramlarından istifadə etməklə bir araya gəlib, müzakirələr aparıb və mentorların dəstəyindən
faydalanıblar. Müsabiqədə əsasən səhiyyə, təhsil, əyləncə və sosial mövzu sahəsində olan ideyalar
təqdim edilib.
Komandaların təqdimatları bitdikdən sonra qaliblər “Virtual Hackathon” müsabiqəsinin
“Facebook” səhifəsində canlı yayımda elan olunub.
Müsabiqənin nəticələrinə əsasən, birinci yerə OSTİM Texniki Universitetinin komandasının
hazırladığı “CoroWarner” proqramı layiq görülüb. “CoroWarner” pandemiya zamanı insanların və
təşkilatların bir-birinə kömək etməsi üçün məlumatlandırıcı funksiya daşıyacaq.
İkinci yerə AzTU komandasının “Kondor” dronu layiq görülüb. “Kondor” infeksiyasının
yayıldığı dövrdə əhalinin temperaturunun alternativ enerji ilə işləyən cihazlar vasitəsilə ölçülməsi,
tibbi ləvazimatların təhlükəsiz çatdırılması, ərazilərin və kənd təsərrüfatı sahələrinin
dərmanlanması üçün nəzərdə tutulur.
Üçüncü yerə Lənkəran Dövlət Universitetinin “Relive” ideyası və Azərbaycan-Fransız
Universitetinin (UFAZ) “Academy Azərbaycan” platformaları layiq görülüb.
“Relive” portalı psixoloji yardım saytıdır, insanlara onlayn xidmət göstərəcək. “Academy
Azərbaycan” isə təhsil saytıdır, müəllim və tələbələrin virtual ünsiyyəti üçün nəzərdə tutulur. Hər
iki portal xüsusi karantin müddəti bitdikdən sonra da fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, qalib komandaların hər birinə “INNOLAND” İnkubasiya və Akselerasiya
Mərkəzi tərəfindən 3 aylıq İnkubasiya xidməti veriləcək və müxtəlif hədiyyələr təqdim olunacaq.
LDU-nun “Relive” STARTUP komandası “Virtual Hackathon–2020” müsabiqəsində fəxri III yerə layiq görüldü.


Mənbə:
Paylaş: