Geri

14/05/20

LDU-nun müəllimləri onlayn elmi konfransda iştirak edib.


Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” mövzusunda keçirilən onlayn elmi konfransda Lənkəran Dövlət Universitetinin müəllimləri də iştirak ediblər.LDU-nun dosentləri Gülbəniz Əliyeva “Azərbaycanın innovasiya strategiyasının əsas istiqamətləri,Natiq Mirzəyev “Aqrar sahibkarlıqda rəqabət qabiliyyətliliyin diaqnostikasının əsas mərhələləri”, müəllimlərdən Həsən Rəhimli “Biliklərə əsaslanan iqtisadi inkişaf modelinin müsbət və mənfi aspektləri”, Nəsib Əliyev “Kommersiya bankları auditinin spesifik xüsusiyyətləri”, Murad Bayramov “Azərbaycanda özünəməşğulluq sistemi və onun bəzi nüansları”, Nuran Hüseynli “Kontrast turizmi və onun əsas növləri” mövzularında məruzə ediblər.
Qeyd edək ki, konfransın plenar iclasında universitetin rektoru prof. Gülçöhrə Məmmədova, Milli Məclisin üzvü akademik Ziyad Səmədzadə, İİTKM-nin sədri Vüsal Qasımlı, AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim İmanov çıxış etmişlər.
LDU-nun müəllimləri  onlayn elmi konfransda iştirak edib.


Mənbə:
Paylaş: