Geri

21/05/20

LDU xarici əlaqələrini genişləndirir.


Lənkəran Dövlət Universiteti (LDU) ilə Xarkov Milli Radioelektronika Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədlər dövriyyəsi vasitəsilə onlayn şəraitdə imzalanan sazişə əsasən tərəflər akademik hərəkətlilik və təcrübə mübadiləsi edəcək, qarşılıqlı maraq doğuran mövzularda birgə təqdiqat işlərini yerinə yetirəcək, konfrans, seminar və digər tədbirləri həyata keçirəcəklər.Hər iki universitetdə çalışan tədqiqatçıların elmi məqalələrinin nəşri və mübadiləsi də nəzərdə tutulub. Qeyd edək ki , saziş 3 il müddətində qüvvədə qalacaqdır.

LDU xarici əlaqələrini genişləndirir.


Mənbə:
Paylaş: