Geri

21/05/20

Lənkəran Dövlət Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Ramazan bayramı münasibətilə Təbriki.


Hörmətli həmkarlar, Lənkəran Dövlət Universitetinin bütün işçi kollektivi-professor- müəllim heyəti, əziz tələbələr!

Hamınızı Müsəlman dünyasının ən müqəddəs bayramlarından olan ,on bir ayın sultanı sayılan Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, könül xoşluğu, süfrələrinizə ruzi-bərəkət, ailələrinizə firavanlıq, xalqımıza salamatlıq, dövlətimizə əmin-amanlıq arzulayıram.

Ramazan bayramı ona görə müqəddəs sayılır ki, müsəlmanların dini kitabı olan Qurani-Kərim məhz bu mübarək ayda nazil olub. Ramazan ilahi hikmətlər,barış, əmin-amanlıq,xeyirxahlıq ayıdır.Orucluq mərasimləri hər il ölkəmizdə humanizmin,birlik və bərabərliyin təntənəsinə çevrilir.

Bu əziz bayram münasibətilə hamınızı bir daha təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət diləyirəm.

Ramazan bayramınız mübarək!

Lənkəran Dövlət Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Ramazan bayramı münasibətilə Təbriki.


Mənbə:
Paylaş: