Geri

11/06/20

LDU Mendel Universiteti ilə əməkdaşlıq edəcək.


Lənkəran Dövlət Universiteti (LDU) ilə Çexiyanın Brno şəhərində yerləşən Mendel Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.Koronavirus pandemiyası səbəbindən sənədlər dövriyyəsi vasitəsilə imzalanan memorandumda qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, müəllim, tədqiqatçı və tələbələrin qarşılıqlı mübadiləsi və həmçinin, birgə təqdiqat işlərinin aparılması nəzərdə tutulur.
Memorandumu LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov və Mendel Universitetinin rektoru xanım Danuse Nerudova imzalayıblar.
Xatırladaq ki, ötən il iyulun 9-da Çexiya Respublikasının Mendel Universitetinin professoru, Meşəçilik fakültəsinin dekan müavini Petr Kupec Lənkəran Dövlət Universitetində olub. Çexiyalı professorun professor Natiq İbrahimovla görüşü zamanı əməkdaşlıq əlaqələri nəzərdən keçirilmiş, hər iki universitetdə mövcud olan “Meşəçilik”, “Aqronomluq”, “Bitkiçilik”, “İqtisadiyyat” və s. ixtisaslarla bağlı əlaqələrin gələcək perspektivləri müzakirə olunmuşdu.

LDU Mendel Universiteti ilə əməkdaşlıq edəcək.


Mənbə:
Paylaş: