Geri

28/07/20

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Qurban bayramı münasibətilə universitet kollektivinə Təbriki.


Sizi-Lənkəran Dövlət Universitetinin bütün əməkdaşlarını, professor-müəllim-tələbə heyətini,o cümlədən, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.

Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar.Bu ilki bayram koronavirus pandemiyası-Covid-19 səbəbindən fərqli qeyd olunsa da, əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.Kəsilən qurbanlarınız qəbul,xalqımızın rifahı naminə edilən dualarınız çin olsun!

Qurban bayramınız mübarək!

Natiq İbrahimov

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən.

Riyaziyyat üzrə elmlər doktoru,professor.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini  icra edən professor Natiq İbrahimovun Qurban bayramı münasibətilə universitet kollektivinə  Təbriki.


Mənbə:
Paylaş: