Geri

15/09/20

LDU-da yeni tədris ilinin başlanması onlayn qeyd edildi.


Lənkəran Dövlət Universitetində (LDU) -da yeni -202/2021-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.Onlayn formatda keçirilən tədbirə universitetin professor-müəllim heyətinin təmsilçiləri, dekan, kafedra müdirləri,Tələbə Elmi Cəmiyyətinin, Tələbə Həmkarlar Təşkilatının, Tələbə Gənclər Təşkilatının rəsmiləri, fəal tələbələr qatılıblar.Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və yeni tədris ilinin başlanması münasibəti ilə LDU-nun bütün kollektivini, tələbə müəllim heyətini təbrik edərək uğurlar arzulayıb.Universitet rəsmisi cari tədris ilinin xüsusi karantin rejimində başladığını , koronavirus pandemiyasının-COVİD-19-un tədris prosesinin normal qaydada təşkilinə əngəl yaratdığını deyib və bu çətinliklərin aradan qaldırılması istiqamətində Respublika Təhsil Nazirliyinin apardığı çoxşaxəli fəaliyyətdən, LDU-da bu istiqamətdə atılan addımlardan söz açıb. N.İbrahimov əmin olduğunu bildirib ki, universitet kollektivi bir araya gələrək bütün çətinliklərin öhdəsindən bacarıqla gələcək, yeni tədris ilində yeni təhsil uğurlarına imza atacaq. Professor Natiq İbrahimov LDU-da yeni tədrisl ilində həyata keçiriləcək yeni layihələrdən –yeni tədris binasının, tələbə yataqxanasının, müəllimlər üçün xidməti mənzillərin inşasından, universitetin Elmi kitabxanasının əsaslı təmirindən və s. barədə danışıb, müəllim və tələbələrin birgə fəaliyyətlərinin uğurun təminatçısı olduğunu xüsusi vurğulayıb.
Onlayn tədbirdə çıxış edən müəllim və tələbələr təbriklərini dilə gətirərək arzu və istəklərini ifadə ediblər, LDU-nun nüfuz və şərəfinin, təhsil uğurlarının yüksəldilməsi yolunda bundan sonra da yorulmadan çalışacaqlarını bildiriblər.

LDU-da yeni tədris ilinin başlanması  onlayn qeyd edildi.


Mənbə:
Paylaş: