Geri

08/10/20

Azərbaycan ordusu tarix yazır!


Azərbaycan ordusunun davamlı hücumları qarşısında tab gətirməyən Ermənistan silahlı birləşmələrinin tamamilə məğlub olması qaçılmaz bir məsələdir.Sentyabr ayının 27-dən başlayaraq bütün cəbhə boyu istiqamətində Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda törətdiyi təxribatlara rəşadətli Azərbaycan Ordusu layiqli cavab verir və bu, bizi qəlbən sevindirir. Müzəffər ordumuz Sialhlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl və Füzuli rayonlarının bir sıra kəndlərini, strateji yüksəklikəri düşmən tapdağından azad etməklə xalqımıza böyük sevinc bəxş etdi. Azərbaycan 27 ildən sonra möhtəşəm zəfər tarixi yazmaqla bir daha sübut etdi ki, işğalla heç bir zaman barışmayacaq, Azərbaycanın şanlı bayrağı bütün işğal olunmuş torpaqlarımızda tezliklə dalğalanacaqdır.
Qürurverici haldır ki, beynəlxalq təşkilatların diplomatiya yolu ilə 30 ilə yaxın müddətdə edə bilmədiklərini bu gün Azərbaycanın müzəffər ordusu əks-hücumla, düşmənə sarsıdıcı zərbələr vurmaqla həyata keçirir, şərəf və ləyaqətə döyüşür, üçrəngli müqəddəs bayrağımızı azad edilmiş torpaqlarda ucaltmaqla bizə şərəf, düşmənə və onun havadarlarına göz dağı verir.
Bəli, bu gün istər ordumuzda, istərsə də cəmiyyətimizdə böyük ruh yüksəkliyi, döyüş əzmi mövcuddur. Azərbaycanın yaşından asılı olmayaraq minlərlə vətəndaşı könüllü cəbhədə vuruşmaq üçün səfərbərliyə cəlb olunduğu halda, erməni əsgərləri məcburən döyüşə qatılır. Böyük qürur və fəxr hissi ilə bildirim ki, bu gün ön cəbhədə döyüşənlər arasında Lənkəran Dövlət Universitetinin əməkdaşları da var və kollektiv onların Qələbə ilə geri dönəcəyi günü səbirsizlilklə gözləyir.
Bu gün bütün cəmiyyətimiz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək müqəddəs torpaqlarımızı işğaldan azad etmək missiyasında öz üzərilərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə hazırdır. İşğal altında olan torpaqlarımızın geri qaytarılması ilə bağlı dövlətimizin başçısının qətiyyətli və dönməz mövqeyi xalqımızda böyük inam yaratmış, ordumuzun şücaəti ilə zəfərimizin tezliklə əldə olunacağı artıq zərurətə çevrilmişdir.
Ali Baş Komandanımızın qeyd etdiyi kimi “Bizim Ermənistan torpaqlarında siyasi və hərbi maraqlarımız yoxdur”. Ümidvaram ki, xalqımız Azərbaycanın Milli Ordusunun şücaəti sayəsində itirilən torpaqlarına çox yaxında qovuşacaqdır.
İgid, cəsur əsgərlərimizə eşq olsun!Yaşasın Qələbə tarixi yazan Azərbaycan ordusu!
Nahid Paşayev
LDU-nun Riyaziyyat və informatika
kafedrasının müdiri

Azərbaycan ordusu tarix yazır!


Mənbə:
Paylaş: