Geri

12/04/23

LDU-da narkomaniya mövzusunda maarifləndirici tədbir keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə maarifləndirici tədbir keçirilib.Tədbiri LDU-nun Sosial məsələlər üzrə prorektoru, professor Kamran Kazımov açaraq narkomaniyanı bütün əsrlərin ən dəhşətli bəlası adlandırıb və ona qarşı mübarizə tədbirlərinin vacibliyindən danışıb.
Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev narkomaniyanın fəsadları, ölkədə və cənub bölgəsində yayılması, gənclərin bu zərərli vərdişə tutulmasının ağır nəticələri ilə bağlı təqdimatla çıxış edib. Narkomaniyaya qarşı mübarizə aparmaq üçün könüllülərin yardımından, cəmiyyətin bütün qruplarının birgə fəaliyyətinin vacibliyindən danışıb, çıxışında bu bəlanın qurbanına çevrilmiş gənclərin həyatından real faktlar əsasında söz açıb.
Lənkəran şəhər Narkoloji Mərkəzinin Baş həkimi Vüqar Əliyev narkotik vasitələrin bölgədə yayılmasından, aparılan profilaktik tibbi tədbirlərdən, müalicə və mübarizə üsullarından danışıb.
Gənclərin anti-narkomaniya ictimai birliyinin sədri Büllur Məmmədovanın mövzu ilə bağlı təqdim etdiyi videoçarxda qurumun bu istiqamətdə gördüyü işlər əksini tapıb. Bildirilib ki, birliyin başlıca məqsədi gənclərin asudə vaxtlarını daha səmərəli keçirməkdə onlara yardımçı olmaq, zərərli vərdişlərdən yayındırmaq, fəal həyata cəlb etməkdir.

  LDU-da  narkomaniya mövzusunda maarifləndirici  tədbir keçirilib.


Mənbə:
Paylaş: