Geri

14/04/23

LDU-da müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri müzakirə edilib.


Lənkəran Dövlət Universitetində (LDU) Respublika Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin təşkilatçılığı ilə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin son 5 ildəki nəticələrinin təhlili ilə bağlı tədbir keçirilib.
Tədbiri LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent İdrak Əsgərov açıb və mövzu ilə bağlı iştirakçıları məlumatlandırıb, eyni zamanda universitetdə bu istiqamətdə son illərdə aparılan işlər barədə danışıb.
Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Ülvi İsmayılov bildirib ki, ölkədə müəllimləin işə qəbulu 10 ildən artıqdır ki, müsabiqə əsasında aparılır və bu sahədə müəyyən uğurlara imza atılıb, hər şeydən əvvəl, şəffaflığa nail olunub, ixtisaslı pedaqoji kadrların işlə təminatı həyata keçirilib. Ü. İsmayılov son 5 ilin nəticələrini, ölkənin ali təhsil müəssisələrinin bu istiqamətdəki göstəricilərini slaydlar və diaqramlar əsasında geniş şərh edib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov orta məktəblərlə universitetlər arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyindən, gələcəkdə pedaqoji sahəni seçəcək tələbələrin praktik vərdişlərə tələbəlik illərindən mükəmməl yiyələnə bilmələri üçün təcrübə saatlarının artırılmasından danışıb, son 5 ildə müəllimlərin işə qəbulu ilə bağlı nəticələrə münasibət bildirib, mövzu ilə bağlı təkliflərini səsləndirib.
Nazirliyin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva mövzu ətrafında fikir və mülahizələrini bildirib, qurum tərəfindən planlaşdırılan işlər barədə söz açıb.
Diskussiya şəraitində keçən tədbirdə LDU-nun prorektorları, fakültə dekanları, kafedra müdirləri, tədrisin təşkili şöbəsinin bölmə rəhbərləri, əməkdaşları iştirak edib.

LDU-da müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri müzakirə edilib.


Mənbə:
Paylaş: