Geri

17/04/23

Təbrik edirik!


Bu gün Lənkəran Dövlət Universitetində 2022-2023-сü tədris ilinin payız imtahan sessiyasının nəticələrinə görə uğur qazanan və həmkarlar ittifaqı fəalı olan tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) “Adlı təqaüd”ü təqdim edilib.

Mükafatların təqdimetmə mərasimində Lənkəran Dövlət Universitetinin (LDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dos. İdrak Əsgərov, LDU Həmkarlar Komitəsinin sədri Vaqif Quliyev çıxış edərək təqaüdə layiq görülən tələbələri təbrik edib, təhsil və universitetin ictimai həyatında uğurlar arzu ediblər. Mərasimdə Təbiyyat fakültəsinin dekanı, dos.Ramiz Şəmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos.Gülbəniz Əliyeva iştirak ediblər.

“Adlı təqaüd”ə layiq görülən tələbələri təqdim edirik:

1. Sadıqov Anar Araz oğlu- Texnologiya müəllimliyi ixtisası IV tədris ili tələbəsi

2. Rzazadə Ayğün Eldəniz qızı –Maliyyə ixtisası, IV tədris ili tələbəsi

Qeyd edək ki, “Adlı təqaüd”ün məbləği 300 manatdır.

Mükafat alan tələbələri təbrik edirik!

Təbrik edirik!


Mənbə:
Paylaş: