Geri

28/04/23

LDU-da “Bədii qiraət” müsabiqəsi keçirilib


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Bədii qiraət” müsabiqəsi keçirilib.
Tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Filologiya və ibtidai təhsil fakültəsinin dekanı, dos.Elman Mirzəyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev” ili elan edilməsini haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamını xatırladaraq Lənkəran Dövlət Universitetində bu istiqamətdə silsilə tədbirlərin keçirildiyini qeyd edib.
Daha sonra “Bədii qiraət” müsaqibəsinə qatılan tələbələrin ifasında Ulu öndər H.Əliyevə həsr olunan, o cümlədən vətənpərvərlik mövzusunda şeirlər dinlənilib. Tədbirin yekununda münsiflər həyətinin rəyi əsasında müsabiqənin qalibləri müəyyənləşdirilib. “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbəsi İstək Maliyeva I, I tədris ili tələbəsi Günel Əliyeva II, III tədris ili tələbəsi Aytəkin Ağazadə III yeri tutublar. II tədris ili tələbəsi Adilə Qənbərova həvəsləndirici yerlə kifayətlənib.


LDU-da “Bədii qiraət” müsabiqəsi keçirilib


Mənbə:
Paylaş: