Geri

10/05/23

LDU-da Ümummilli lider H.Əliyevin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilib.


Ümummilli lider Heydər Əliyevin doğum günündə Lənkəran Dövlət Universitetində (LDU) anadan olmasının 100 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirilib. LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə heyəti ulu öndərin Lənkəran şəhərinin mərkəzindəki xatirə abidə kompleksini ziyarət edərək önünə təzə-tər çiçəklər düzüblər. Sonra tələbə və müəllimlər ümumrayon tədbirlərinə qatılaraq ulu öndərə olan sevgi və ehtiramlarını bildiriblər.
Lənkəran Dövlət Universitetinin Böyük akt zalında keçirilən universitetin yubiley tədbiri Ümummilli lider H.Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. LDU tələbələrinin ifasında hazırlanmış teatrlaşdırılmış tamaşa, bədii kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.Tamaşa boyu ulu öndərin Azərbaycan xalqının, dövlətinin tərəqqisi yolunda gördüyü işlər video roliklər vasitəsilə əyani nümayiş edilib, Ümummilli lider Heydər Əliyevin çıxışları səsləndirilib. Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş "1923-dən sonsuzluğa" adlı teatrlaşdırılmış tamaşa Heydər Əliyevin ifasında şair Səməd Vurğunun məşhur “Azərbaycan “ şeirinin səslənməsi ilə yekunlaşıb.
Bu gün Lənkəran Dövlət Universitetində həmçinin yaradıcı tələbələrin ulu öndərin 100 illik yubileyinə həsr etdiyi rəngkarlıq əsərlərindən ibarət rəsm sərgisinə də baxış olub.Sərgidə ulu öndərin həyatının maraqlı anlarını əks etdirən, vətənpərvərlik mövzusunda olan əsərlər nümayiş etdirilib.
Qeyd edək ki, LDU-da H.Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam edir.

LDU-da Ümummilli lider H.Əliyevin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilib.


Mənbə:
Paylaş: