Geri

05/06/23

LDU-da ekoloji mövzuda maarifləndirici tədbir keçirilib


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2023-cü il üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası ilə əlaqədar növbəti tədbir keçirilib. Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin dekanı dos.Ramiz Şəmmədov açıb və sözügedən sərancamdan irəli gələn vəzifələrin icrası haqqında geniş məlumat verib.
Tədbirdə “Bərk məişət tullantıları ilə mübarizə” mövzusunda LDU-nun “Kimya və biologiya müəllimliyi” ixtisasının 2-ci tədris ili tələbələri Rəşid Əliyev və Nisə Musayeva çıxış ediblər.
Sonda mövzu ətrafında diskussiya aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

LDU-da ekoloji mövzuda maarifləndirici tədbir keçirilib


Mənbə:
Paylaş: