Geri

05/06/23

LDU tələbəsi “Vergilər” mövzusunda müsabiqənin qaliblərindən oldu.


Şamaxıda Dövlət Vergi Xidmətinin tədris mərkəzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və “PWC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçirilib. Olimpiadanın seçim turunda Lənkəran Dövlət Universitetini “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Sosial məsələlər və tələbələrlə iş üzrə” dekan müavini Şəfa Bağırovanın kordinatorluğu ilə “İqtisadiyyat” ixtisasının IV tədris ili tələbələri Mənsumzadə Mehparə Elnur qızı və Vəliyev Tural Fərhad oğlu təmsil ediblər.
Olimpiadada iştirak edən tələbələr sertifkatla təltif olunublar. Həmçinin Tural Vəliyev “Vergi müsabiqəsi”nin qalibi olduğuna görə “PWS” şirkəti tərəfindən qiymətli hədiyyələrə layiq görülüb.
Eyni zamanda tələbələr olimpiadanın keçirildiyi müddət ərzində vergilər muzeyində olmuş, bu sahədə tanınmış şəxslərin uğur hekayəsini dinləmiş,”PWC” şirkətinin fəaliyyəti haqqında məlumat əldə etmiş, Şamaxının qədim Dəmirçi kəndinə və Şamaxı Astrofizika Rəsədxanasına səfər etmişlər.



LDU tələbəsi “Vergilər” mövzusunda müsabiqənin qaliblərindən oldu.


Mənbə:
Paylaş: