Geri

19/06/23

LDU bölgə universitetləri ilə memorandum imzalayıb


Azərbaycan Texnologiya Universitetində bölgə universitetləri arasında 3 tərəfli memorandum imzalanıb. Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq memorandumunu Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov, Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov və Mingəçevir Dövlət Universitetinin rektoru dos. Şahin Bayramov imzalayıb.
Azərbaycan Texnologiya Universitetində imzalanan memorandum elm, təhsil, innovasiya fəaliyyəti və beynəlxalq əlaqələrə dair ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Əməkdaşlıq pedaqoji kadrların və elmi işçilərin, magistr və doktorantların mübadiləsi, qabaqcıl tədqiqat və inkişaf metodları sahəsində təcrübə mübadiləsi, elmi işçilərin və mütəxəssislərin birgə innovasiya fəaliyyətinin təşkili və.s sahələri əhatə edir.

LDU bölgə universitetləri ilə memorandum imzalayıb


Mənbə:
Paylaş: