Geri

19/06/23

“Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktik konfrans


Azərbaycan Texnologiya Universiteti (ATU), Lənkəran Dövlət Universiteti (LDU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirə Azərbaycan Texnologiya Universiteti ev sahibliyi edib. Konfrans Dövlət Himnin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, eləcə də vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilmısilə açıq elan edilib.
Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov çıxış edib. Bilidirib ki, konfransın Heydər Əliyev ilində, Milli Qurtuluş Günü ərəfəsində keçirilməsində məqsəd Azərbaycanın bu günkü hərtərəfli və dinamik inkişaf yolunda irəliləməsinin məhz Ulu öndər Heydər Əliyevin strategiyasının təntənəsi olduğuna diqqət çəkməkdir. Y.Ömərov çıxışında tarixin xronologiyasına nəzər salıb, nitqinin sonunda konfransın işinə uğurlar arzulayıb.
Daha sonra Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov, Mingəçevir Dövlət Universitetinin rektoru dos. Şahin Bayramov çıxış edərək Ulu Öndərin xalqın taleyində, dirçəlişində, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edib, Ümummilli liderin təhsil strategiyasının davamından, bu çərçivədı 3 universitet arasında əməkdaşlığın perspektivindən bəhs ediblər.
Azərbaycan Texnologiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru v.m.i.e. i.e.d. Mayıs Gülalıyevin moderatorluğu ilə konfransın məruzələri dinlənilib.
Məruzəçilər qismində ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyev, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri Tofiq Mirzəyev, LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Gülbəniz Əliyeva, Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı Zaur Məmmədov, MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli, Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva çıxış edib.

Qeyd edək ki, tədbir hibrid qaydada təşkil olunub, hər üç universitetin tədqiqatçıları konfransı Gəncə, Lənkəran, Mingəçevir və respublikanın digər şəhərlərindən izləyə biliblər.

“Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktik konfrans


Mənbə:
Paylaş: