Geri

25/06/23

LDU təmsilçisi ECAR layihəsi çərçivəsindəki tədbirdə iştirak edib.


20 iyun 2023-cü il tarixində Bakı Biznes Universitetində “Azərbaycan Rektorlar Konfransı” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin insan resursları üzrə məsul şəxslərinə "Strateji insan resursların idarə olunması" tədris proqramı üzrə sertifikatların təqdim edilməsinə həsr edildimiş tədbir keçirilib. Azərbaycan HR İnstitutunun dəstəyi ilə təşkil edilmiş təlim proqramında 16 ali təhsil müəssisəsindən 18 mütəxəssis iştirak edib və təlimi müvəffəqiyyətlə başa vurub. Sertifikatlaşdırma təliminin məqsədi ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən məsul şəxslərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, eləcə də təcrübələrinin artırılması olub.

Tədbirdə çıxış edən universitetin rektoru professor İbad Abbasov tədbir iştirakçılarını salamlayıb və sertifikatlaşmanın önəmindən bəhs edib. Rektor qeyd edib ki, insan resurslarının idarə edilməsi hazırda strateji istiqamət olmaqla ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynayır. Bu baxımdan insan resurslarının inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılmalı və mütəxəssislərin peşəkarlığı daim təkmilləşdirilməlidir.

Daha sonra çıxış edən Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov Bakı Biznes Universiteti ilə ECAR layihəsi çərçivəsindəki məhsuldar əməkdaşlıqdan məmnun olduqlarını ifadə edib. E. Hüseynov insan resursları mütəxəssislərinin təlimlərdə yüksək səviyyədə iştirakı və uğurlu nəticələrindən danışıb, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.

Təlimdə iştirak etmiş ali təhsil müəssisələrinin nümayəndələri də çıxış edərək keçirilən təlimlərdən razı qaldılarını, şəxsi və peşəkar inkişaf baxımından fayda əldə etdiklərini qeyd ediblər. Tədbirin yekununda təlim proqramının iştirakçılarına kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, sözügedən tədbirdə LDU-nu İnsan resursları və kargüzarlıq şöbəsinin mütəxəssisi Günel Əliyeva təmsil edib.

LDU təmsilçisi ECAR layihəsi çərçivəsindəki tədbirdə iştirak edib.


Mənbə:
Paylaş: