Geri

08/10/23

“Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində görüş


Lənkəran Dövlət Universitetində “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində tələbə və müəllim heyəti ilə görüş keçirilib.Görüşdə Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə nümayəndəsi Monika Felföldi açılış nitqi ilə çıxış edərək “Stipendium Hungaricum” təqaüd proqramı barədə ümumi məlumat verib.
Daha sonra Elm və Təhsil Nazirliyinin əməkdaşı Niftalı Qasımlı Macarıstanda Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təhsillə bağlı təqdimat edib. Görüşdə həmçinin “Stipendium Hungaricum” təqaüd proqramı məzunları, “Azərbaycan–Macarıstan Məzunları” İctimai Birliyinin üzvləri də çıxış ediblər.
Oktyabrın 4-dən başlayaraq 20-dək davam edəcək layihə Macarıstanın “Stipendium Hungaricum” təqaüd proqramının 10-cu ildönümünə həsr olunub. Layihə Macarıstanda təhsil almış uğurlu məzunların ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən universitetlərin tələbələri ilə görüşünü təşkil etmək, təcrübə və karyera imkanlarını regionlardakı universitetlərdən olan tələbələrlə bölüşmək və HTP çərçivəsində Macarıstanda təhsil barədə məlumatlandırma işini aparmaq məqsədi daşıyır.

“Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində  görüş


Mənbə:
Paylaş: