Geri

13/10/23

LDU-da elmi seminar keçirilib


Lənkəran Dövlət Universitetinin (LDU) “Aqrar və mühəndislik” fakültəsində baytarlıq mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə fakültənin dekanı, dos. Balayar Şahbazov açıb. Türkiyənin Kafkas Universitetinin Baytarlıq fakültəsinin professoru, doktor Yavuz Öztürklər "Heyvandarlıqda biotexnoloji inkişaf" mövzusunda geniş məruzə edib. Məruzədə heyvandarlığın biotexnoloji inkişafı istiqamətində aparılan təcrübi işlərdən, bu sahədə olan elmi yeniliklərdən, həllini gözləyən məsələlərdən danışılıb, müəllim və tələbələrlə ətraflı fikir mübadiləsi edilib. Elmi seminarın moderatorları sözügedən universitetin professoru İsa Özaydın, dr. Murat Can Dəmir olub.

Seminarda fakültənin “Baytarlıq və aqrar elmləri” kafedrasının professor-müəllim heyəti, Türkiyənin Kafkaz Kars Universitetindən gələn qonaqlar, “Baytarlıq”, “Baytarlıq təbabəti” və “Zoomühəndislik” ixtisasını tələbələri, magistrantları iştirak ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, Lənkəran Dövlət Universiteti Türkiyənin Kafkas Universiteti ilə 2017-ci ildən elmi əməkdaşlıq edir. Qardaş ölkənin ali təhsil ocağının peşəkar alimləri LDU-da baytarlıq ixtisasında dərs keçir, təcrübi məşğələlər aparırlar.

LDU-da elmi seminar keçirilib


Mənbə:
Paylaş: