Geri

24/10/23

LDU Türkiyənin Ankara Universiteti ilə əməkdaşlıq edəcək.


Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov başda olmaqla LDU-nun nümayəndə heyəti 24.10.2023-cü il tarixdə Türkiyə Respublikasının Ankara Universitetində işgüzar səfərdə olub. Nümayəndə heyətinin üzvləri ilk öncə Ankara Universitetinin rektoru prof. Necdet Ünüvarla görüşüblər. Mehribanlıq və səmimilk şəraitində keçən görüş zamanı universitetlər arası əlaqələrin möhkəmləndirilməsi ətraflı müzakirə olunub, əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi edilib.
Səfər zamanı Ankara Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında təhsil, akademik və mədəni əməkdaşlıq sahəsində əməkdaşlıq protokolu imzalanıb. Əməkdaşlıq protokuluna əsasən bu iki ali təhsil ocağı arasında müəllim-tələbə mübadiləsinin edilməsi, birgə elmi konfransların təşkili, həmçinin gələcəkdə ikili diplom layihəsinin həyata keçirilməsi üçün işlərin başlanması müzakirə olunub.
Əməkdaşlıq protokolunu Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvar, Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov imzalayıblar.


LDU Türkiyənin Ankara Universiteti ilə əməkdaşlıq edəcək.


Mənbə:
Paylaş: