Geri

06/11/23

LDU-da Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edir


Lənkəran Dövlət Universitetinin (LDU) “Filologiya və ibtidai təhsil” fakültəsində “8 Noyabr Azərbaycanın Zəfər Günüdür” mövzusunda keçirilən tədbirin iştirakçıları ilk öncə torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Fil.ü.f.d. Mehman Əliyev “Zəfər bayramı dövlətçilik tariximizin qızıl səhifəsi kimi” mövzusunda məruzə edib. Məruzədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı böyük zəfərdən, onun ədəbiyyatımızda bədii inikasından söz açılıb. Məruzə ətrafında II Qarabağ müharibəsi veteranı , universitetin “İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Cavad Hüseynov çıxış edib.

“Filologiya və ibtidai təhsil” fakültəsinin dekanı, dos.Elman Mirzəyev yekun çıxışında əzəli və əbədi torpaqlarımızın düşmən tapdağından tam azad olunmasını ölkə başçısı İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi adlandırıb, bu mübarizədə LDU-nun tələbə və məzunlarının şücaətlə döyüşdüyünü, Vətən yolunda canlarından keçdiyini xüsusi vurğulayıb, ruhlarına rəhmət diləyib.

Tədbir tələbələrin ifasında vətənpərvərlik, Qarabağ mövzusunda ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

LDU-da Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edir


Mənbə:
Paylaş: