Geri

08/11/23

LDU-da Zəfər ovqatı


Lənkəran Dövlət Universitetində (LDU) 8 Noyabr-Zəfər Günü münasibətilə universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kolleclə birgə möhtəşəm musiqili-nəğməli bayram tədbiri keçirilib. Tədbiri universitetin rektoru, prof. Natiq İbrahimov açaraq bütün iştirakçıları bayram münasibətilə təbrik edib, 8 Noyabrı ölkə tarixində ən şərəfli, qürurverici gün, ən əziz bayram adlandırıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub, 30 ilə kimi düşmən tapdağında qalan torpaqlarımız geri qayıdıb. Natiq İbrahimov tədbir iştirakçılarına xoş bayram ovqatı, sevincləri arzu edib. I və II Qarabağ müharibəsində Lənkəran Dövlət Universitetinin tələbə və məzunlarının, işçilərinin şərəflə döyüşdüyünü, onlarla igid oğullarımızın qəhrəmanlıqla şəhid olduğunu deyən rektorun təklifi ilə Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun keçdiyi şanlı Zəfər yolunu əks etdirən videoçarxlar nümayiş edilib.
Vətənpərvərlik, qəhrəmanlıq ruhlu şeirlər, mahnılar, rəqslər tədbirə xoş bayram ovqatı qatıb.
Sonda şəhid ailəsinin üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları ilə xatirə şəkilləri çəkilib.
LDU-da Zəfər ovqatı


Mənbə:
Paylaş: