Geri

25/12/23

LDU-da tələbələrarası universitet birinciliyi keçirilib.


Lənkəran Dövlət Universitetinin (LDU) Elmi kitabxanasında tələbələr arasında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Nə? Harada? Nə Zaman?” adlı intellektual yarışma –tələbələrarası universitet birinciliyi keçirilib. Bilik yarışmasında iştirak edən tələbələrin Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixi, xalqımızın böyük Zəfər yolu barədə bilikləri qiymətləndirilib. Gərgin və maraqlı keçən yarışmada “O biri komanda” 1-ci, “One Minute” 2-ci, “İnterstellar” komandası 3-cü yerləri tutublar. Qalib komandaya kubok, medallar və iştirakçılara diplomlar verilib.
Qeyd edək ki, bilik yarışması LDU-nun Tələbə Gənclər və Tələbə Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. Qalib iştirakçılara mükafatları LDU Həmkarlar Komitəsinin sədri Vaqif Quliyev təqdim edib.








LDU-da tələbələrarası universitet birinciliyi keçirilib.


Mənbə:
Paylaş: