Geri

28/12/23

LDU-da Yeni il karnavalı-fotolar


Lənkəran Dövlət Universitetinin(LDU) geniş Akt zalında 31Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2024-cü il münasibəti ilə möhtəşəm “Yeni il karnavalı” keçirilib. LDU-nun nəzdində fəaliyyət göstərən Sosial və Aqrar Texnoloji Kolleclə birgə keçirilən, Şaxta baba və Qar qızın qonaq olduğu “Yeni il karnavalı” şux mahnılar, maraqlı səhnəciklərlə yaddaqalan olub, iştirakçılara xoş bayram əhval ruhiyyəsi, ovqatı bəxş edib.
Bayram karnavalında Lənkəran Dövlət Universitetinin, Sosial və Aqrar Texnoloji Kollecin tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər. Yeni il karnavalı tələbələrin ifasında “Azərbaycan” mahnısı ilə sona çatıb.
Tədbirin yekununda professor Natiq İbrahimov çıxış edərək LDU-nun bütün tələbə, professor, müəllim, işçi heyətini yeni-2024-cü il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, xoş bayram arzularını çatdırıb, karnavalın təşkilatçılarına,maraqlı musiqi nömrələri ilə çıxış edən gənc istedadlara minnətdarlıq bildirib.

LDU-da Yeni il karnavalı-fotolar


Mənbə:
Paylaş: