Geri

29/12/23

Yeni ilə xoş ovqatla...


Lənkəran Dövlət Universitetinin (LDU) və universitet nəzdindəki Aqrar və Sosial Texnoloji Kollec kollektivinin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2024-cü ili birgə qarşılamağının əsas məqsədi bayram sevincini birgə bölüşmək, yeni ili xoş ovqatla qarşılamaq, əsl bayram əhval-ruhiyyəsinə köklənmək idi. Elə universitet rəsmisi, rektor, prof. Natiq İbrahimovun təbrikini də xoş arzular, kollektivin uğurlarının davamlı olması, ən əsası, xalqımızın işıqlı sabahı, dövlətimizin iqtisadi-siyasi, mədəni gücünün artırılması, 2024-cü ildə qarşıda duran vəzifələr oldu. Digər çıxışçıların təbrikləri, arzuları da rektorunku ilə üst-üstə düşdü -2024-cü il hamımız, xalqımız üçün düşərli, uğurlu il olsun!
Bir neçə saat davam edən musiqili-nəğməli tədbirdən geri qalan xoş təəəssürat və bu təəssüratı əks etdirən fotolar oldu...

Yeni ilə xoş ovqatla...


Mənbə:
Paylaş: