Geri

28/02/24

Həmyerlimiz, ukraynalı professor LDU-da olub


Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin Beynəlxalq əməkdaşlıq üzrə prorektoru, professor Murad Ömərov Lənkəran Dövlət Universitetində olub, LDU-nun rektoru, professor Natiq İbrahimovla görüşüb.
Səmimi və dostluq şəraitində keçən görüşdə hər iki universitet üçün ümumi maraq doğuran mövzular müzakirə edilib, birgə elmi tədqiqatların aparılması, konfrans, seminar və digər tədbirlərin təşkili, akademik mobillik çərçivəsində universitetlərarası müəllim, mütəxəssis mübadiləsinin həyata keçirilməsi müzakirə olunub.
Görüş zamanı yeni informasiya texnologiyalarının inkişafı və tədbiqi ilə əlaqədar gənc tədqiqatçılar da daxil olmaqla birgə tədqiqat qruplarının yaradılması, innovasiya fəaliyyətinin təşkili və idarə edilməsi sahəsində təcrübə və məlumat mübadiləsinin aparılması və s. barədə qarşılıqlı fikir mübadiləsi edilib.

Həmyerlimiz, ukraynalı professor LDU-da olub


Mənbə:
Paylaş: