Geri

02/03/24

LDU-da iqtisadi mövzuda görüş


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin bir qrup əməkdaşı- AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev, Hüquq, kadr və icraya nəzarət şöbəsinin dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadə, Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva və AQTA-nın Lənkəran-Astara regional bölməsinin sədri Xalid Ələkbərli Lənkəran Dövlət Universitetində olublar.
Universitetin tədris işləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov, Asudə vaxtın və tədbirlərin təşkili şöbəsinin müdiri dos.Müşfiq Bayramov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos.Gülbəniz Əliyeva, Aqrar və Mühəndislik fakültəsinin dekanı dos. Balayar Şahbazov, Texnologiya və texniki fənlər kafedrasının müdiri dos.Rəşad Əliyev və AQTA rəsmilərinin iştirak etdiyi dəyirmi masada sözügedən qurumla Lənkəran Dövlət Universiteti arasında əlaqələrin genişləndirilməsi, Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə ikitərəfli müqavilələrin imzalanması və s. məsələlər müzakirə olunub. Daha sonra AQTA-nın əməkdaşları universitetin Baytarlıq, Aqrar və mühəndislik fakültələrinin professor-müəllim, “Qida mühəndisliyi”, “Zoomühəndislik”, “Baytarlıq təbabəti”, ”Baytarlıq”, “Şərabçılıq” , “Aqronomluq” ixtisaslarının bakalavriatura və magistrarura pilləsində təhsil alan tələbələrlə görüş keçiriblər.
Agentliyin şöbə müdiri Qalib Əbdüləliyev AQTA-nın fəaliyyət istiqamətləri, kadr məsələləri sektorunun müdiri Tural Əlizadə işə qəbul qaydaları, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva tədris laboratoriyaları barədə məlumat veriblər. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda AQTA-nın əməkdaşları Universitetin “Baytarlıq cərrahiyyəsi”, “Qida təhlükəsizliyi və ekologiya”, “Baytarlıq”, “Qida məhsullarının texnologiyası” lobaratoriyalarında tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

LDU-da iqtisadi mövzuda görüş


Mənbə:
Paylaş: