Geri

06/03/24

LDU komandası 3-cü olub


20 fevral 2024-cü il tarixindən start götürən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirinə yekun vurulub.
Turnirdə 5 qrup üzrə 19 komanda mübarizə aparıb. Turnirin PLAY-OFF mərhələsi 04 mart 2024 –cü il tarixində Azərbaycan Texniki Universitetində baş tutub. PLAY-OFF mərhələsinə LDU futzal komandasının ilk qarşılaşması Ağdam Sosial-İqtisadu Kolleci ilə olub və futbolçularımız 5-3 hesabı ilə qalib gəliblər. İkinci oyunda Mingəçevir Turizm Kollecinə 2-3 hesabı ilə məğlub olan komandamız nəticədə 3-cü yer uğrunda mübarizə aparmalı olub.
05 mart tarixində Bakı Neft və Energetika Kollecinin komandası ilə üçüncu yer uğrunda mübarizə aparan komandamız 5-3 hesabı ilə qələbə qazanaraq Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tələbələr arasında futzal üzrə turnirdə üçüncü yerə sahib olaraq turnirin ən yaxşı qapıcısı kuboku, medal və pul mükafatı ilə (1500 AZN) təltif olunublar.
Komandamızı təbrik edirik!

LDU komandası 3-cü olub


Mənbə:
Paylaş: