Geri

18/03/24

LDU təmsilçiləri beynəlxalq təlimdə


12-14 mart 2024-cü il tarixlərində Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu və Xəzər Universitetinin koordinatorluq etdiyi DİRNA (Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi) layihəsinin təşkilatçılığı ilə İtaliyanın L`Akuila şəhərində təlim keçirilib. Təlimdə Lənkəran Dövlət Universitetinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Günel Məmmədova və Texnologiya və texniki fənnlər kafedrasının baş müəllimi Vüsalə Muradova iştirak edib.
Qeyd edək kİ, layihə ilə bağlı fəaliyyətlərdən əldə edilən öyrənmə nəticələri müxtəlif yollarla, o cümlədən, ölkədəki digər qurumlara öz repozitorlarının yaradılması və idarə olunmasında fəal şəkildə kömək etmək üçün imkanların və mexanizmlərin işə salınması və təmin edilməsi yolu ilə paylaşılacaq və yayılacaq. Daha bir vacib məqam odur ki, DIRNA-nın məqsədi təkcə keyfiyyətli elmi tədqiqatın üzə çıxması və idarə olunmasını təkmilləşdirmək deyil, həm də tədqiqat nəticələrinə açıq çıxışı dəstəkləmək, ölkə daxilində ali təhsil müəssisələri arasında elmi əlaqə və koordinasiyanı saxlamaq və təşviq etməkdir.
Təklif olunan platforma layihədəki boşluqları dolduran üç əsas komponentdən ibarət olacaq: 1) araşdırmağa imkan verən repozitorlar şəbəkəsi 2) Azərbaycan universitetlərinin həm bu gün, həm də gələcəkdə tədris, tədqiqat və əlaqəli fəaliyyətlərini dəstəkləyən çevik mərkəzi bilik repozitoru 3) Virtual Referans Mərkəzi institusional məlumatların idarə edilməsində istinad və tədqiqat fəaliyyəti mərkəzi kimi.
Layihəyə 8 Azərbaycan və 3 Avropa ali təhsil müəssisəsi daxildir.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

LDU təmsilçiləri beynəlxalq təlimdə


Mənbə:
Paylaş: