Xəbər lenti
Lənkəran Dövlət Universitetində (LDU) Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş xüsusi seminar keçirilib. Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbir şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Seminarı açan LDU-nun prorektoru, dosent Ramiz Şəmmədov multikulturalizm ideyalarının və mədəniyyətlərarası harmoniyanın təşviqində bu cür qlobal forumların müstəsna rolunu vurğulayıb.Daha sonra kafedra müdirləri, dosent Kamal Mahmudov və dosent Qədim Rufullayev məruzə ilə çıxış ediblər. Çıxışlarda mədəniyyətlərarası dialoqun elm, təhsil və gənclər siyasətindəki ...
Lənkəran Dövlət Universitetinin tələbələri üçün Ankara Universitetində mübadilə proqramı çərçivəsində bir semestr müddətində təhsil almaq imkanı yaradılır.Mübadilə proqramının müddəti- 1 semestrTələb olunan sənədlər* Türk və ya ingilis dili üzrə minimum B2 səviyyəsini təsdiq edən sənəd;* Qiymətləndirmə və kredit sistemi haqqında izahla birlikdə ingilis dilində rəsmi akademik transkript;* Xarici pasportun rəngli surəti;* Rəngli fotoşəkil.Təxmini xərclər* TÖMER türk dili kursları: 140–200 ABŞ dolları;* Ankara şəhərində aylıq yaşayış xərcləri: minimum 300 ABŞ dolları;* Metro ilə bir istiqamət üzrə gediş haqqı: təxminən 0,43 ABŞ ...
Lənkəran Dövlət Universiteti (LDU) ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi arasındakı tərəfdaşlıq müqaviləsinə əsasən, tələbələrin praktiki vərdişlərinin artırılması istiqamətində növbəti addım atılıb. LDU-nun Baytarlıq Klinikasında hər iki müəssisənin tələbələrinin iştirakı ilə dişi pişik üzərində keysəriyyə və qısırlaşdırma əməliyyatı həyata keçirilib. Cərrahi əməliyyat prosesində LDU-nun Baytarlıq təbabəti ixtisasının V tədris ili tələbələri ilə birgə Peşə Təhsil Mərkəzinin Baytarlıq və heyvandarlıq işi ixtisasının I tədris ili tələbələri də iştirak ediblər. Bu format gənc mütəxəssislər arasında həm də faydalı təcrübə mübadiləsinə şərait yaradıb.Klinikanın ...
Lənkəran Dövlət Universitetində (LDU) “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində tələbələr üçün maarifləndirici tədbir təşkil olunub.Tədbiri giriş sözü ilə açan Aqrar və Mühəndislik fakültəsinin dekanı, dosent Balayar Şahbazov mövzunun aktuallığını vurğulayıb. O, gənclərin hüquqi şüurunun yüksəldilməsi və antikorrupsiya mühitinin formalaşdırılmasında bu cür görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.Daha sonra LDU-nun hüquqşünası Çingiz Cavadov “Korrupsiyanın qarşısının alınmasında maarifləndirmənin rolu, korrupsiyaya qarşı mübarizədə məsuliyyətimiz” mövzusunda geniş məruzə ilə çıxış edib. Hüquqşünas qanunvericiliyin tələbləri, vətəndaş məsuliyyəti ...
Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri tədris təcrübə bazasında yetişdirdikləri 1 tondan artıq sitrus meyvələrini Bakı və Bakıətrafı rayonlarda yerləşən 8 uşaq evi sosial xidmət müəssisəsinə göndəriblər.Qeyd edək ki, sovqat qismində göndərilən sitrus məhsulları LDU-nun aqrar tədris təcrübə bazasında aqrar yönümlü ixtisasların tələbələri tərəfindən yetişdirilib. Artıq 3 ildir ki, ənənəvi olaraq icra edilən bu xeyriyyə missiyası tələbələrdə sosial məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.Sosial xidmət müəssisələrinin rəhbərləri uşaqlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və tələbə heyətinə ...
Lənkəran Dövlət Universitetində (LDU) “Su ehtiyatlarının dayanıqlı idarə edilməsi: beynəlxalq təcrübə və milli strategiya” mövzusunda maarifləndirici tədbir təşkil olunub.Tədbiri giriş sözü ilə açan Fizika, kimya və biologiya kafedrasının müdiri, professor Vidadi Orucov su ehtiyatlarının qorunmasının və cəmiyyətdə ekoloji maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.Daha sonra kafedranın dosenti Qorxmaz Ağayev mövzu ilə bağlı məruzə edib. Məruzədə müasir dövrdə su ehtiyatlarının dayanıqlı idarə edilməsinin aktuallığı, iqlim dəyişikliklərinin və antropogen amillərin su təhlükəsizliyinə mənfi təsirləri geniş təhlil olunub. Eyni zamanda, Azərbaycanın su potensialının xüsusiyyətləri ...
Lənkəran Dövlət Universitetinin (LDU) Filologiya və ibtidai təhsil fakültəsində “İnkluziv təhsil və psixoloji xidmət” layihəsinin meneceri, dosent Ləman Verdiyevanın təşkilatçılığı ilə “I tədris ili tələbələrinin universitet həyatına sosial-psixoloji adaptasiyası” mövzusunda maarifləndirici seminar keçirilib.Seminarda universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. Ramiz Şəmmədov, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dos. Elman Mirzəyev, Tarix, coğrafiya və incəsənət fakültəsinin dekanı dos. Afaq Qasımova, Pedaqogika, psixologiya və incənət kafedrasının baş müəllimi Nahidə Cəfərova çıxış ediblər.Daha sonra Təhsildə sosial-psixoloji xidmət ixtisasının IV tədris ...
ənkəran Dövlət Universitetində (LDU) bakalavriat və magistratura tələbələri arasında biomüxtəlifliyin qorunması mövzusunda keçirilən anket sorğusunun nəticələrinə həsr olunmuş dəyirmi masa təşkil edilib.16–19 oktyabr 2026-cı il tarixlərində keçirilən sorğunun məqsədi tələbələrin ekoloji məlumatlılıq səviyyəsini öyrənmək, ətraf mühitin mühafizəsinə münasibətlərini müəyyənləşdirmək və universitetdə həyata keçirilə biləcək ekoloji təşəbbüsləri dəyərləndirmək olub.15 sualdan ibarət anonim sorğu biomüxtəliflik, ətraf mühitin çirklənməsi, meşələrin qırılması və iqlim dəyişikliyi daxil olmaqla 6 əsas istiqaməti əhatə edib. Dəyirmi masa zamanı Azərbaycanda biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilmək təhlükəsi altında ...
10–17 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Kokand Universitetinin əməkdaşı Davronjon Abdullajonov Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) “Orhun” mübadilə proqramı çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) akademik səfərdə olub.Səfər müddətində D. Abdullajonov LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüşlər keçirib. Görüşlərdə tədrisin təşkili, müasir təlim metodlarının tətbiqi, elmi-tədqiqat fəaliyyəti və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib. Qonaq tələbələrə Kokand Universitetinin fəaliyyəti, təhsil imkanları və akademik mühiti barədə təqdimat edib, həmçinin dərslərdə iştirak edərək interaktiv metodlara əsaslanan təlimlər keçib.Səfər çərçivəsində ...
Türkiyənin Qafqaz Universitetinin Baytarlıq fakültəsinin Dölvermə və süni mayalanma kafedrasının tanınmış professoru Yavuz Öztürklər Lənkəran Dövlət Universitetinin Baytarlıq fakültəsində təhsil alan təcrübəçi tələbələrlə növbəti əyani məşğələsini keçirib. Bu məşğələ iki universitet arasındakı beynəlxalq əməkdaşlıq çərçivəsində tələbələrin nəzəri biliklərini real istehsalat şəraitində tətbiq etmək və onların peşəkar vərdişlərini inkişaf etdirmək məqsədi daşıyır.Tələbələrin böyük maraq göstərdiyi praktiki məşğələdə müasir heyvandarlıq üçün mühüm olan metodlar əyani nümayiş etdirilib. Prof. Dr. Yavuz Öztürklər qeyd edib ki, baytarlıq sırf təcrübəyə əsaslanan bir sahədir və gənclərin ...