Xəbər lenti
İyunun 12-də Lənkəran şəhərində Gənclər və İdman Nazirliyi və Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkilatçılığı ilə “Türk Dünyası Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının bağlanış mərasimi keçirilib. Bağlanış mərasiminə qatılan Türk Dövlətləri Təşkilatının Özbəkistandan olan nümayəndə heyəti Lənkəran Dövlət Universitetində olub. Hörmətli qonaqları LDU-nun rektoru prof. Natiq İbrahimov qəbul edib. Çay süfrəsi arxasında keçən söhbət zamanı LDU və Özbəkistan Respublikasının elm və ali təhsil müəssisələri arasında yaranan qarşılıqlı əlaqələrdən, bu əlaqələrin genişləndirilməsi istiqamətində son aylarda görülən işlərdən, qarşıdakı perspektivlərdən söz açılıb. ...
Rumıniyanın “Dunarea de Jos” Galati Universitetinin nümayəndə heyəti Lənkəran Dövlət Universitetinə səfəri çərçivəsində bu gün LDU-nun rektor müşaviri, prof. Mikayıl Məhərrəmovla görüşüb. Görüşdə tərəflər Qida mühəndisliyi sahəsində ikili dövlət proqramlarının təşkili və tədbiqi mövzusunu müzakirə ediblər. Müzakirə zamanı tədris proqramlarının eyniləşdirilməsi, birgə elmi seminar və konfransların təşkili, tədqiqatların aparılması, LDU-nun magistratura pilləsini bitirən məzunların Rumıniyanın Galati Universitetinin doktoranturasında təhsillərini davam etdirməsi, kadr hazırlığının vəziyyəti və s. məsələlər müzakirə edilib. Görüşdən sonra rumıniyalı qonaqların LDU ilə sıx əməkdaşlıq edən Lənkərandakı MMC ...
Rumıniyanın “Dunarea de Jos” Galati Universitetinin nümayəndə heyəti Lənkəran Dövlət Universitetinə səfər edib. Görüş 03-05 dekabr 2024-cü il tarixində Rumıniyanın “Dunarea de Jos” Galati Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında imzalanmış ikili əməkdaşlığa dair müqavilə çərçivəsində reallaşıb.Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov “Dunarea de Jos” Galati Universitetin prorektoru, prof. Artur Viorel Tuluşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qonaq universitetin fakültə dekanlarından dos. Karmelia Mariana Dragomir Balanica, dos. Kristian Vasile Dima, müəllim Qabriela-Alina Cioromele, universitetin rabitə, təşviqat və ...
Lənkəran DövlətUniversitetinin rektoru, professor Natiq İbrahimovun Qurban bayramı münasıbətiilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecinkollektivinə Təbriki.MüqəddəsQurban bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin və universitetin nəzdindəkiSosial və Aqrar-Texnoloji Kollecin bütün kollektivini-professor-müəllim-tələbə-işçiheyətini ürəkdən təbrik edir, xoş bayram arzularımı bildirirəm. İslamdünyasının ən müqəddəs bayramlarından olan Qurban bayramı humanist dəyərlərə,ali insani hisslərə söykənir, əsrlərdir ki, dünya müsəlmanlarının mənəvi birlikvə həmrəylik rəmzinə çevrilib.Qürurvericihaldır ki, Azərbaycan xalqı Qurban bayramını tam ərazi bütövlüyü şəraitində,azad olunmuş torpaqlarda- Qarabağda, Şuşada, Xankəndində, Xocalıda, Laçında, Kəlbəcərdə,Zəngilanda qeyd edir. Bu böyük ...
Lənkəran Dövlət Universitetinin (LDU) təsis etdiyi Technical and Agrarian Sciences International Scientific Journal -Texnika və Aqrar Elmləri Beynəlxalq Elmi Jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasinda dissertasiyalarin əsas nəticələrinin dərc olunmasi tövsiyə edilən dövri elmi nəşrlərin Texnika, Biologiya və Aqrar Elmləri üzrə siyahısına daxil edilib.Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəhbərliyinə və kollektivinə göstərilən etimada görə minnətdarlığımızı bildirir, Lənkəran Dövlət Universitetinin bütün kollektivini, jurnalın redaksiya heyətini, məqalə müəlliflərini və oxucuları təbrik edirik.Xatırladaq ki,Technical and Agrarian ...
Lənkəran Dövlət Universitetində (LDU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtаhаn sеssiyаsına start verilib. Lənkəran Dövlət Universitetinin rektoru, prof.Natiq İbrahimov imtahanların gedişini əyani izləmək məqsədilə bu gün imtahan gedən korpuslara baş çəkib və tələbələr üçün yaradılan şəraitlə əyani tanış olub.Xatırladaq ki, LDU-da imtahan sessiyasının təşkili haqqında 7 may 2025-ci il tarixli əmrə əsasən 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 02.06.2025-ci il tarixindən 04.07.2025-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə ...
28–29 may tarixlərində Özbəkistanın Əndican şəhərində “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu keçirilib. Forumun işində iştirak edən Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov Özbəkistan Dövlət Televiziyasına müsahibə verib. Müsahibəni sizə təqdim edirik.https://www.facebook.com/100050365063318/videos/pcb.1358475812507908/1063543718971783
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında nəzərdə tutulan tapşırıqların icrası və elm, ali təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə 28–29 may tarixlərində Əndican şəhərində “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu keçirilib. Forumda Lənkəran Dövlət Universiteti də iştirak edib. Forumun işindən hazırlanmış tele-reportajı təqdim edirik.https://www.facebook.com/lsu.edu.az/videos/1357261518691245/
Lənkəran Dövlət Universitetində (LDU) 28 May-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunmuş voleybol yarışının qalibləri bəlli olub. Yarışda daha yüksək nəticə əldə edən 3 komanda kubok, medal və diplomlarla təltif edilib. Qeyd edək ki, LDU-da tələbələrin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə vaxtaşırı idman yarışları təşkil olunur.
29 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetində Lənkəran Regional Ədliyə İdarəsi və LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kolleclə birğə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib.Tədbiri giriş sözü ilə LDU-nun Sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq görüşün mahiyyəti, insan hüquq və azadlıqları haqqında məlumat verib. Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi, ədliyyə müşaviri Taleh Quliyev çıxışında hər bir şəxsin öz ...